|
|
|
Digər xəbərlər | | | ABA və Mərkəzi Bankın nümayəndələri arasında görüş keçirilmişdir |
05.12.2022 | |
| |
2 dekabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq rəhbər nümayəndələri ilə bankların xəzinədarlıq fəaliyyəti ilə məşğul olan struktur bölmələrinin rəhbəri və həmin struktur bölməni kurasiya edən rəhbər şəxsləri arasında görüş keçirilmişdir.
Görüş zamanı, Mərkəzi Bankın əməliyyat çərçivəsi ilə bağlı məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
|
|
|
|