1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Sosial Müdafiə Fondu əməkdaşlığa dair niyyət protokolu imzaladılar
02.12.2022

Dekabrın 1-də BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov əməkdaşlığa dair niyyət protokolu imzaladılar.

Sənəd BMqT ilə DSMF arasında bir sıra sahələrdə - münaqişələrdən zərər çəkmiş insanlar da daxil olmaqla həssas əhalinin, readmissiya edilmiş vətəndaşların və könüllü qayıdanların sosial yardımla səmərəli şəkildə təmin edilməsi üçün beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun sosial müdafiə tədbirlərinin hazırlanmasını nəzərdə tutur. 

Niyyət protokolu, həmçinin Bakıdan kənar regionlara diqqət yönəltməklə, həssas əhali və BMqT-nin benefisiarları arasında DSMF tərəfindən təklif olunan mümkün sosial və iqtisadi yardım imkanları və hüquqi vasitələr haqqında maarifləndirmə işlərinin aparılması, ucqar ərazilərdə yaşayan həssas əhaliyə elektron sosial xidmətlər, eləcə də DSMF-nin xidmətlərinə asan çıxışın təmin edilməsi üzrə hazırlanmış təlim, bilik və bacarıqların artırılması, DSMF tərəfindən göstərilən xidmətlərin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinin dəstəklənməsi, xaricdə yaşayan azərbaycanlı əməkçi miqrantlarla bağlı sosial müdafiə sahəsində məlumatların yayılması və bilik və bacarıqların gücləndirilməsi, habelə onların Azərbaycan Hökuməti tərəfindən göstərilən sosial xidmətlərə çıxış imkanlarının təkmilləşdirilməsi və sair sahələrdə əməkdaşlığı nəzərdə tutur

İmzalanma mərasimində çıxış edən DSMF-in İdarə Heyətinin sədri Himalay Məmişov DSMF və BMqT-in Azərbaycan nümayəndəliyi arasında imzalanan niyyət protokolunun insanların rifahının artırılması və sosial təminat sahəsindəki islahatlara dəstək, həsas insan qruplarına, xüsusən də ölkəyə könüllü olaraq qayıdan Azərbaycan vətəndaşları olan miqrantlar üçün kiçik biznesin yaradılmasına dəstək verilməsi sahəsində, habelə Fondun təklif etdiyi mümkün yardım imkanlarını və hüquqi sənədləri əldə etmək üçün internetə çıxışı olmayan kənd yerlərində insanlar arasında maarifləndirmə fəaliyyəti kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə geniş imkanlar açdığını qeyd etdi.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqjiyev çıxışında bildirdi ki, DSMF ilə əməkdaşlıq əhalinin həssas təbəqələrinə sosial və iqtisadi yardımların göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verəcək. Bu protokoldan irəli gələn gələcək fəaliyyətlər həm də nümayəndəliyin Dayanıqlı İnkişaf Məqsədlərinin prioritetləri, BMT və ölkə höküməti arasında imzalanmış Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi və BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin işi ilə uzlaşan strategiyası çərçivəsində məqsədlərə çatmağa töhfə verəcək. O, BMqT-nin səlahiyyətlərinə aid miqrasiya, reinteqrasiya, reabilitasiya, həssas icma üzvləri və insan alveri və gender asaslı zorakılıqların qurbanlarının biznes təşəbbüslərinə dəstək, texniki yardım və qanunvericiliklə bağlı maarifləndirmə fəaliyyətləri kimi sahələrdə DSMF ilə sıx əməkdaşlığa və dəstək verməyə hazır olduqlarını vurğuladı. 

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardılar və niyyət protoluna uyğun olaraq gələcək təşəbbüslər üzərində işləmək üçün fəaliyyət planının hazırlanması barədə razılığa gəldilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment