1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Gömrük əməkdaşlarının məlumatlılığının artırılması üçün seminar keçirilib
02.12.2022

Dekabrın 2-də Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, eləcə də kontrafakt dərman preparatlarının qaçaqmalçılığına qarşı mübarizə işi sahəsində gömrük əməkdaşlarının məlumatlılığının artırılması” mövzusunda seminar keçirilib. Seminar DGK Tibbi Xidmət İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə baş tutub. 

Açılışda çıxış edən DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi və cəmiyyətdə yaratdığı problemlərlə bağlı məlumat verib, bu sahədə maarifləndirmə işinin aparılmasının vacibliyini diqqətə çatdırıb. 

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bu bəşəri bəlaya qarşı mübarizə sahəsində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərə toxunub, rəhbərlik etdiyi təhsil ocağının da məlumatlılığın artırılması işinə  töhfə vermək niyyətində olduğunu  vurğulayıb.

Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi  Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev də  seminarın əhəmiyyətindən danışıb, tədbirin gömrük əməkdaşlarının biliklərinin  artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda, Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı İradə Ramazanova, “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər”, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzularında təqdimatlarla çıxış ediblər.

Seminar çərçivəsində gömrükçülər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”, həmçinin  narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və saxta dərmanların yaratdığı təhlükələr haqqında da yeni məlumatlar əldə ediblər. Daha sonra nümayiş etdirilən təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment