1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Şərq Tərəfdaşlığında Merlər Razılaşması onuncu ildönümünü qeyd edir
02.12.2022

Onillik məhsuldar iş nəticəsində Şərq Tərəfdaşlığında Merlər Razılaşması (ŞTMR) altı Şərq Tərəfdaşlığı ölkəsindən olan milli qurumları, regional təşkilatları, yerli hakimiyyətləri, vətəndaş cəmiyyəti birlikləri və təxminən 500 bələdiyyə ilə təmsil olunmuş icmaları bir araya gətirib. Hazırda Şərq Tərəfdaşlığı regionunda bələdiyyə ərazilərində yaşayan əhalinin artıq 42%-i ŞTMR məqsədlərini öhdəlik kimi qəbul edib, bu da bələdiyyələr arasında təşəbbüsümüzə qoşulmanın geniş vüsət almasından və artan xətlə davam etməsindən xəbər verir. 

Təşəbbüs çərçivəsində əməkdaşlığın qayəsi enerji və iqlim keçidi yoluna çıxmaq, Razılaşma iştirakçıları arasında təcrübə mübadiləsi aparmaq, uğurlu praktikaları paylaşmaq, texniki biliklər və maliyyə imkanlarından yararlanmaq, bir-birimizi ruhlandırmaq və ortaq çətinliklərin aradan qaldırılması üçün səmərəli həlləri bir yerdə axtarmaqdır.   

Təşəbbüs çərçivəsində əməkdaşlıq enerji və iqlimə keçid yoluna başlamaq, layihəni imzalayanlar arasında təcrübə mübadiləsi, ən yaxşı təcrübə mübadiləsi, texniki təcrübə və maliyyə imkanlarından yararlanmaq, bir-birini həvəsləndirmək və səmərəli enerji mənbələrini birgə axtarmaq məqsədi daşıyır. ortaq maneələrin həlli.

Avropa İttifaqının maliyyələşdirdiyi Şərq Tərəfdaşlığında Merlər Razılaşması (Covenant of Mayors – Eastern Partnership) layihəsi çərçivəsində təşkil olunan “Şərq Tərəfdaşlığı regionunda Merlər Razılaşmasının onuncu ildönümü” adlı yüksək-səviyyəli beynəlxalq konfrans 29-30 noyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Konfransa 150-dən çox iştirakçı, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan yerli və milli hakimiyyət qurumları, yerli özünü-idarəetmə assosiasiyaları və digər maraqlı tərəflər, eləcə də Aİ təsisatları, Aİ üzv dövlətləri və beynəlxalq təşkilatlarının nümayəndələri qatılacaq.   

“Şərq Tərəfdaşlığında çərçivəsində Merlər Razılaşması  təşəbbüsünün qlobal istiləşməni 1.5°C həddində saxlamaq hədəfini qəbul etməsi və bu hədəfə doğru müvafiq tədbirlər görməsi məni çox sevindirir. 2030 ilədək emissiyaları 35% azaltmaq məramınız bələdiyyələrinizin bu məsələdə qətiyyətli olmasını nümayiş edir. Bu təşəbbüsə qoşulmuş 460 bələdiyyə timsalında deyə bilərik ki, Şərq Tərəfdaşlığı regionu bu istiqamətdə liderdir və dünya miqyasında yerli  özünü-idarəetmə qurumlarına gözəl örnəkdir,” – deyə Avropa Komissiyasının Qonşuluq siyasəti və Genişlənmə danışıqları üzrə baş idarəsinin (DG NEAR) Şərq Tərəfdaşlığı və institusional quruculuq şöbəsinin direktoru Lourens Meredit qeyd etdi. 

Konfrans zamanı məruzəçilər Merlər Razılaşması  və onun iştirakçıları tərəfindən əldə olunmuş nailiyyətləri təqdim edəcək, dayanıqlı siyasətlərin hazırlanıb icra olunmasında Şərq Tərəfdaşlığı dövlətlərinə Avropa İttifaqı tərəfindən dəstəyin göstərilməsində mövcud olan güclü siyasi iradəni bir daha ifadə edəcəklər. Tədbirdə iştirakçı şəhərlər və bələdiyyələrin bu sahədə üzləşdiyi əsas əngəllər və dar yerlər müzakirə olunacaq və səmərəli həllər təklif olunacaq. Konfransda həmçinin hazırkı təşəbbüsün gələcəyi haqqında bəhs olunacaq, Yaşıl Razılaşma (EU Green Deal) və sair bu kimi Avropa təşəbbüsləri kontekstində Şərq Tərəfdaşlığı regionu bələdiyyələrinə Aİ-nin dəstəyi perspektivləri açıqlanacaq. Tədbirin ikinci günündə keçiriləcək seminarlar yerli və milli hakimiyyətlər və Aİ qurumları nümayəndələri arasında Avropa İttifaqının “Dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planları”nın (SECAP-ların) icrası, pilot layihələrinin nümunələri və iqlim siyasətinin ümumi məqsədlərinə dair dialoq qurmaq üçün imkan yaradacaqlar. 

Şərq Tərəfdaşlığında Merlər Razılaşmasının 10-cu ildönümünü qeyd etməklə ilə yanaşı, konfransda həmçinin bu il Razılaşmanın üçüncü mərhələsinə start verildiyi vurğulanacaq. 2014-2021 illərdə Təşəbbüs çərçivəsində ümumi büdcəsi 38.5 milyon Avro olan 33 bələdiyyə nümayiş layihəsi icra olunub.  

Şərq Tərəfdaşlığı ölkələri son on il içində ərzində və dayanışmalı Razılaşma cəmiyyətini qurmağa müvəffəq olublar. Onun daxilində nazirliklər və digər milli və regional qurumlar Razılaşma iştirakçılarına karbon qazı emissiyalarının azaldılması və iqlim dəyişməsinə adaptasiya tədbirlərinin icrasında əməli yardım göstərirlər.   

Tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün ŞTMR Katibliyinin kommunikasiya meneceri x-m Elena Nikitina (elena.nikitina@eumayors.eu) ilə əlaqə saxlayın, yaxud bizim internet saytımıza https://com-east.eu/en/ müraciət edin. Saytda siz altı Şərq Tərəfdaşlığı dövlətlərinin rəsmi dillərində layihə ilə bağlı bilgilər, o cümlədən xəbər bülletenləri, fəaliyyət planları və digər təfərrüatlı məlumatlarla tanış ola bilərsiniz.    

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment