1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank Naxçıvanda!
30.11.2022

AccessBank filial şəbəkəsini genişləndirməkdə davam edir. Bank, yaranmasının 20-ci ildönümündə sayca 30-cu filialını Naxçıvan şəhərində açıb. Yeni filial şəhərin mərkəzində - Gənclər şəhərciyində, Əziz Əliyev 17 küçəsində yerləşir. 

Yeni açılmış Naxçıvan filialında müştərilərə əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif olunur.  

Açılışda iştirak edən AccessBank və Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi ölkənin mikromaliyyələşdirmə lideri olan Bankın Naxçıvanda filial açmasını yerli iş mühiti və biznes  üçün,  xüsusən də mikro və aqro sahələrinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıblar. 

AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib ki, Bank bizneslərə dəstək missiyasına sadiqdir: ”Azərbaycanda biznes mühitinin, xüsusilə də MKOB-ların inkişafı bizim üçün priotet məsələlərdir. Xüsusilə Naxçıvan kimi böyük potensiala malik regionun  biznes mühitinin inkişafı, istər pərakəndə, istərsə də mikro-aqro sahədə yeni imkanların yaradılması əsas missiyamızdır.”

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Sədri Elçin Əliyev: ”AccessBank-ın Naxçıvan filialının fəaliyyətə başlaması münasibətilə bankın rəhbərliyini və kollektivini təbrik edirəm. Filialın fəaliyyətə başlamasının Muxtar Respublikada real sektorun inkişafı, həmçinin əhalinin bank məhsul və xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi və banklararası rəqabət mühitinin daha da artırılması baxımından böyük əhəmiyyəti olduğunu düşünürəm.”

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 15-i bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment