1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Sığorta sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədi ilə əməkdaşlıq quruldu
28.11.2022

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) rəhbər heyətləri arasında görüş keçirilib.

Görüşdə sığorta sektorunda rəqəmsal savadlılığın artırılması və kiber-təhlükəsizliyin təmin olunması, eyni zamanda rəqəmsal transformasiyanın sürətləndirilməsi imkanları geniş müzakirə edilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev iclası giriş sözü ilə açaraq Assosiasiya haqqında və yerli sığorta bazarının mövcud vəziyyəti barədə geniş məlumat verib. Bildirib ki, hər bir sahədə olduğu kimi sığorta sektorunda da bu günün və gələcəyin reallığını rəqəmsal transformasiya təşkil edir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə heyətinin sədri Elvin Abbasov və Assosiasiyanın nümayəndələri Nicat Əlibəyli və Vüqar İsmayılov da çıxışlarında sığorta sektoru ilə əməkdaşlıq çərçivəsində təklif edə biləcəkləri yeniliklərdən söz açıblar. İrəli sürülən təkliflər sırasında yerli sığorta bazarında təqdim olunan bütün sığorta məhsullarının tam elektronlaşdırılması və sığorta məlumatları bazasının gələcək inkişaf üçün əhəmiyyətinə xüsusi toxunulub.

Görüşdə iki qurumun qarşılıqlı əməkdaşlıq imkanları əsas müzakirə mövzusu olub. Qarşılıqlı əməkdaşlıq çərçivəsində sığorta şirkətlərinin İT mütəxəssisləri ilə AİKTSA-nın nümayəndə heyətindən ibarət İşçi Qrupunun formalaşdırılmasına qərar verilib.

Qurumlar arasındakı qarşılıqlı əməkdaşlığın rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası arasında ikitərəfli Memorandum imzalanıb.

#həyatsığortailərahat

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment