1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku-dan dünya çempionatına özəl lotereya!
21.11.2022

Hər zaman müştərilərini sevindirməyə çalışan Bank of Baku bu dəfə futbol azərkeşlərinin ürəyindən xəbər verəcək lotereya kampaniyasına start verir. 

Qətərdə baş tutacaq futbol üzrə 2022-ci il dünya çempionatına özəl olaraq keçirilən lotereyada bütün DostBank istifadəçiləri iştirak edə bilər. DostBank-da minimum 10 AZN ödəniş edərək lotereyada qalib olan şəxsləri aşağıdakı hədiyyələr gözləyir:

1. Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkəyə 2 nəfərlik səyahət paketi (aviabilet, mehmanxana,transfer,səhər yeməyi, viza dəstəyi);

2. 2022 AZN pul mükafatı;

3. 5  ədəd -  Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkənin futbol komandasının rəsmi uniforması;

4. 10 ədəd - Futbol üzrə 2022-ci il dünya çempionatının futbol topu.

Bank of Baku-nun Dostbank mobil tətbiqində edilən hər 10 AZN-lik uğurlu ödəniş, lotereyada 1 iştirak şansı verir. Müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda  cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 11 AZN, 15 AZN, 8 AZN-lik ödənişlər edibsə, ödənişlər toplanır - 11+15+8=34. Deməli, müştəri lotereyada 3 iştirak şansı əldə edir. Ümumilikdə hər 10 AZN-lik ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara daxildir:

* Mobil operator ödənişləri;

* Kommunal ödənişlər;

* TV və internet provayder ödənişləri;

* Büdcə ödənişləri;

* Stasionar telefon ödənişləri.

Dostbank mobil tətbiqində edilən hər 50 AZN-lik uğurlu ödəniş də lotereyada 1 iştirak şansı qazandıracaq. Bu zaman da müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda  cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 51 AZN, 55 AZN, 100 AZN dəyərində kredit ödənişi edibsə, ödənişlər toplanır - 51+56+100=207. Bununla da müştəri lotereyada 4 iştirak şansı qazanır. Toplamda hər 50 AZN-lik  ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara isə aşağıdakılar daxildir:

* Bank of Baku üzrə kredit ödənişləri;

* İpoteka və kredit zəmanət fonduna məxsus kredit ödənişləri;

* Baku Electronics və Bank olmayan kredit təşkilatları TCF və Embafinans-a məxsus kredit ödənişləri.

Qeyd edək ki, lotereyada yalnız DostBank-da ödəniş edən Bank of Baku müştəriləri iştirak edə bilər. Bir müştəri lotereyada yalnız bir dəfə qalib ola bilər və Bank of Baku-nun əməkdaşları lotereyada iştirak hüququna sahib deyil.

Lotereya 20.11.2022 - 20.12.2022-ci il tarixlərini əhatə edir. Qaliblərin seçimi 25 dekabr 2022-cü il tarixində birdəfəlik tirajla həyata keçiriləcək.

Bank of Baku-nun təşkil etdiyi lotereyada hədiyyə qazanmaq şansı əldə etmək istəyən şəxslər, bankın məhsullarından faydalanaraq bankın müştərisinə çevrilə və DostBank-dan qeydiyyatdan keçib ödəniş edərək lotereyada iştirak edə bilərlər. 

Lotoreya haqqında ətraflı məlumatı buradan - bit.ly/3TJZepH əldə edə bilərsiniz.

Daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment