1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda “Avropada təhsil” sərgisi keçiriləcək
26.09.2022

Avropa İttifaqının maliyyələşdirdiyi “Study in Europe: Enhancing the attractiveness of European Higher Education” layihəsi çərçivəsində 2 oktyabrda Bakıda, Hilton hoteldə “Avropada təhsil” sərgisi təşkil olunacaq. Tədbirin açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Peter Mixalko, Fransanın Azərbaycandakı səfiri Zakari Gros, Avropa İttifaqına üzv olan digər ölkələrin səfirliklərinin, eləcə də Azərbaycan Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak edəcəklər.

Sərginin məqsədi Avropada ali təhsil almaq istəyən azərbaycanlı gəncləri Avropada ali təhsil imkanları barədə məlumatlandırmaq, universitetlər və tələbə mobilliyi ilə məşğul olan milli təhsil agentlikləri ilə birbaşa görüşdürməkdir. Tədbirdə 10 ölkədən 20-dən çox ali təhsil müəssisəsi, dövlət agentliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi iştirak edəcək. Gənclərə Avropa ali təhsil sistemləri, universitetlər, təhsil və tədqiqat proqramları, təqaüdlər barədə ətraflı məlumat veriləcək, sualları ətraflı şəkildə cavablandırılacaq. 

Sərgidə iştirak edəcək ölkələr: Almaniya, Belçika, Çex Respublikası, Estoniya, Fransa, İspaniya, İsveç, İtaliya, Macarıstan və Portuqaliya.

“Avropada təhsil” sərgisi müddətində hər bir ölkə ali təhsil sistemini, təhsil və təqaüd imkanlarını təqdim edəcək. Həmçinin Erasmus+ proqramının da ayrıca təqdimatla çıxışı olacaq.

Tədbir təşkilatçıları tələbələri, gənc tədqiqatçıları, universitet nümayəndələrini, orta məktəb şagirdlərini və onların valideynlərini, Avropada təhsil almaq istəyən hər kəsi 2 Oktyabrda saat 10:00-dan etibarən Hilton hoteldə olacaq “Avropada təhsil” sərgisinə qoşulmağa etməyə dəvət edir. İştirak üçün qeydiyyatdan keçmək mütləqdir. İştirak pulsuzdur.

Daha detallı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz: 

Sayt: https://www.studyineuropefairs.eu/exhibitions/detail/23/ 

FB: https://www.facebook.com/StudyInEurope.Welcome 

Instagram: https://www.instagram.com/studyineurope.welcome 

Tədbirin FB səhifəsi: https://fb.me/e/1Np8wWKbM

Qeydiyyat üçün link: https://studyineuropefairs.eu/exhibitions/register/23/   


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment