1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri üçün tədris
26.09.2022

Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri üçün tədris başlanılıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 2022-ci ilin sentyabr ayından etibarən  Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələrinə praktiki dərslərin tədrisinə başlanılıb. Müxtəlif fənnlər üzrə dərslər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının aparıcı mütəxəssisləri tərəfindən aparılacaq. 

Tədrisin ilk günündə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 6-ci kurs tələbələri “Fövqəladə hallar təbabəti” fənninin tədrisinə başlayıblar. 4 oktyabr tarixinə qədər intensiv olaraq davam edəcək “Fövqəladə hallar təbabəti”  fənnini tələbələrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədris edir. Dr.İsmayıl Əfəndiyev  tələbələrə fövqəladə hallarda kəskin kimyəvi maddələrdən zəhərlənmələr, radiologiyaya qarşı müdafiə, müxtəlif fövqəladə hallar zamanı, o cümlədən yanıqlar, partlayışlar, nəqliyyat vasitələrində, kütləvi toksikoloji hadisələrdə tibbi yardımın təşkili, əks-epidemik  tədbirlər,  uşaqlara fövqəladə hallarda ilk yardım və s. aktual məsələlər üzrə tədris aparır. 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu əsasən yerli və regional səviyyəli sertifikatlaşdırılmış tibbi təlim kurslarının, elmi-praktiki tədbir və tədqiqatların, eləcə də rezident və ixtiraçıların təcrübə mübadiləsinin təmin edilməsi üçün birgə tədris proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Tibb tələbələri üçün Mərkəzi Gömrük Hospitalının bazasında tədris prosesinin təşkili  həm tələbələr, həm də onlara dərs deyən əməkdaşlara yeni inkişaf imkanları yaradır və Mərkəzi Gömrük Hospitalının Azərbaycanın kliniki – tədris xəstəxanalarının sırasında özünəməxsus yer tutmasına imkan verəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment