1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət indeksi” modeli BMT tərəfindən yüksək qiymətləndirilib
23.09.2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti ilə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin nümayəndə heyəti arasında onlayn formada görüş baş tutub.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dövlət Agentliyinin fəaliyyəti və həyata keçirilən ən son layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş çərçivəsində “ASAN xidmət indeks”i barədə geniş təqdimat edilib və ötən illər ərzində bu istiqamətdə görülən işlər diqqətə çatdırılıb. Layihə BMT tərəfinin xüsusi marağına səbəb olub və “ASAN xidmət indeksi” ilə əlaqədar geniş təqdimat BMT-nin dövlət idarəçiliyi saytında yerləşdirilib.

Bu istiqamətdə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin ictimai institutlar və elektron hökumət bölməsinin rəhbəri Dövlət Agentliyinin əldə etdiyi nailiyyətlər haqqında müsbət təəssüratını bölüşüb və aidiyyəti sahələr üzrə birgə layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsini məmnuniyyətlə vurğulayaraq ötən dövr ərzində müvafiq sahələr üzrə Dövlət Agentliyi tərəfindən mühüm əməli fəaliyyətin həyata keçirildiyini bildirib.

Görüş çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıqla bağlı yol xəritəsinin hazırlanması ilə bağlı razılıq əldə olunub.

Xəbərə keçid: https://unpan.un.org/node/1745

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment