1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Emin Allahverdiyev
21.09.2022

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Emin Allahverdiyev “Hansı hallarda kardioloq müayinəsindən keçmək vacibdir”  sualını cavablandırıb.

Son onilliklərdə ürək-damar xəstəlikləri geniş vüsət alıb. Bu xəstəlik getdikcə cavanlaşır. Xəstənin fiziki aktivlik zamanı sinəsində yanma, göynəmə,  ağrı olarsa, təngnəfəslikdən şikayət edərsə, mütləq kardioloq müayinəsində olmalıdır. 

Sinə nahiyəsində yanma, göynəmə,  ağrı hiss etdikdə özbaşına ağrıkəsicilər qəbul etməkdən çəkinin. Narahatlığınız üç dəqiqə və ya daha çox davam edərsə və vəziyyətiniz anidən pisləşərsə, xüsusən, nəfəs almada çətinlik, başgicəllənmə, ürək bulanması, ağır yorğunluq, soyuq tər hiss edirsinizsə, təcili tibbi yardım çağırın. Əgər bu infarktdırsa, vaxtında həkim yardımı həyatınızı xilas edə bilər. 

Təngnəfəslik və ya nəfəs darlığı insanın lazımi qədər nəfəs ala bilməməsidir. Əgər bu hal sizdə tez-tez baş verirsə, mütləq bunun səbəbini həkim araşdırmalıdır. Nəfəs darlığı – ürək damarlarının tutulması,bu damarların öz funksiyasını yerinə yetirə bilməməsi, bu səbəbdən ürək əzələsinin yaxşı yığılmaması ürək çatışmazlığı zamanı müşahidə edilən simptomdur. 

Ola bilər ki, xəstənin klinik narahatlığı olmasın, lakin risk faktorları olsun, - bu zaman yenə də mütəmadi olaraq kardioloq müayinəsi tövsiyə olunur.

Risk faktorları dedikdə, pis vərdişlər – siqaret çəkmə, xroniki xəstəliklərdən şəkərli diabet, yüksək təzyiqin qalxıb-enməsi, irsiyyətdə, yəni xəstənin qohumlarında ürək-damar xəstəliklərinin olması, xolesterinin yüksək səviyyəsi və s. başa düşülür. 

Kardioloq tərəfindən müayinə zamanı rutin müayinələr: elektrokardioqrafiya, exokardioqrafiya, stress-test müayinəsi, Holter müayinəsi həyata keçirilir, bir problem meydana çıxdıqda isə koronar angioqrafiya müayinəsi aparılır.

Vaxtında aşkarlanan hər hansı bir xəstəliyin müalicəsi daha tez və yaxşı effekt verir, ona görə də, vaxtında yoxlanmağı, həkim müayinəsindən keçməyi tövsiyə edirəm. Dr.Emin Allahverdiyevin çıxışını  Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz: https://youtu.be/W8MJHbdNOus

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment