1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının pasiyentinin təşəkkür məktubu
20.09.2022

Həyat sürətlə inkisaf edir, dövr təzələnir, zaman öz tələblərini irəli sürməklə sözunü deyir. Təbii ki, quruluş da, cəmiyyət də zamanın tələbləri səviyyəsində inkisaf xəttinə qədəm qoyur. Keçmiş sovetlər dövründən bizi təxminən 30-32 il vaxt ayırır. Ötən illərə nəzər saldıqda müsbət tərəflərlə yanaşı, mənfi tərəfləri də xatırlamalı oluruq. O illərdə hər bir sahəyə ciddi nəzarət vardı və bu mətbuatda da mövzu baxımından bəzi istiqamətlər üzrə özunü sərt səkildə göstərirdi. Bu istiqamətlərdən biri də səhiyyəylə bağlı idi. Məsələn, cox qəribə idi ki, həkim peşəsindən, ağxalatlıların uğurlu fəaliyyətindən yazmağa qadağa qoyulmuşdu. 

Bu gün haqqında söz açacağım ağxalatlı müsahibim yetərincə təcrübəli, ixtisaslı, layiqli, ləyaqətli, pesəsini urəkdən sevən tibb işçisi Tofiq Bayramovdur.

O, hazırda Mərkəzi Gömrük Hospitalının təxirə salınmaz təcili yardım şöbəsində işləyir. 2012-ci ildən burada fəaliyyət göstərən T. Bayramov daha əvvəl Mərkəzi Klinik Hospitalda və digər tibb müəssisələrində çalışıb. 

O, dünyanı ağuşuna alan COVİD-19-la mübarizədə kifayət qədər fəallıq göstərib, neçə-neçə xəstəni ölumün pəncəsindən xilas edərək sağlam həyata qaytarıb. 2020-ci ilin fevral-mart aylarından başlayaraq, hazırda çalışdığı Hospitaldan Astaraya yola düşərək, orada sərhəd-keçid məntəqəsində tələbələrdən ibarət bir qrup həmyerlilərimizin COVİD-19-la bağlı müayinələrini təmin etməsi, eləcə də Beynəlxalq Təyyarə Limanında həmyerlilərimizin eyni məqsədlə müayinə olunmalarını təmin etməsi, ən nəhayət Mərkəzi Gömrük Hospitalının iki ildən cox COVİD-19-a baglandığı vaxtlarda xəstələrin müayinə və müalicəsini xüsusi pesəkarlıqla həyata keçirməsi dediklərimə əyani sübutdu.

Əslində, məni bu təəssübkeş tibb işçisi haqqında yazı yazmağa vadar edən əsas səbəblərdn biri uzun illərdən bəri ailəvi dostluq etdiyim Gulu Süleymanovun əzizi Ayna Süleymanovanın ölümün pəncəsindən son anda həyata qaytarılması ilə bağlıdır. Bax, elə əsl mətləbə də indi keçmək istəyirəm. Gəlin bu məlumatı onun özünün dilindən alaq.

Tofiq Bayramovun dediklərindən:

-"Ayna Süleymanova bu il avqust ayının 15-də gecə saat 24 radələrində ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalının təxirə salınmaz təcili yardım şöbəsinə gətirildi. Xəstə sözugedən şöbəyə "qarın boşluğunda kəskin ağrı, ürəkbulanma, qusma, soyuq tər, ətraflarda keyləşmə, bağırsaq qanaxması" ilə daxil oldu. Mən şöbənin həkimi - Tofiq Bayramov başda olmaqla, kollektiv tərəfindən xəstəyə dərhal təxirəsalınmaz təcili yardım göstərildi, həyati vacib orqanların funksiyalarını bərpa etməklə yanaşı, təcili müayinə; qan testləri, qarın boşluğunun KT müayinələri edilərək, gecə saat 4 radələrində xəstənin vəziyyətinin tam stabilləşməsinə nail olduq. Nəticədə isə xəstənin diaqnozu tam aydınlaşdı. Saat 5 radələrində Hospitalın cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah  Namiq Novruzova bununla bağlı məruzə etdik. Beləliklə, xəstəyə klinikada yatış verilərək təcili müalicəyə başlanıldı. Xəstənin tam sağalaıb həyata qaytarılmasından otrü tibbin müasir imkanlarından maksimum istifadə edildi və sonda göründüyü kimi, xəstə tam sağalaraq həyata qaytarıldı."

Bu qədər. Məncə əlavə şərhə ehtiyac yoxdur. Burada cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzovun fəaliyyətinə xüsusi diqqət çəkərək elə bu timsalda qeyd etmək istəyirəm ki, Hippokrat andı kağız üzərində deyil istəkli oxucular, Hippokrat andı bu cür təcrübəli, ləyaqətli, vicdanlı ağxalatların daxilində, mənliyində, saf, təmiz idrakındadı. Gəlin, belələrinin adlarıni həmisə böyük hərflərlə, hörmətlə çəkək.

Bəradər Səməndərli


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment