|
|
|
Fond birjası | | | Bakı Fond Birjası tərəfindən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” qəbul olunmuşdur |
01.09.2022 | |
| |
Bakı Fond Birjası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla repo əqdləri üzrə faiz indekslərinin hesablanmasını tənzimləyən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” hazırlanmışdır və 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minmişdir.
Qaydalara əsasən birja tərəfindən gündəlik əsasda banklar arasında bağlanan repo əqdləri üzrə 1 günlük, 1 həftəlik və 2 həftəlik indekslərin hesablanması və Bakı Fond Birjasının internet səhifəsində açıqlanması nəzərdə tutulur.
|
|
|
|