Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “Abbott” şirkətinin nümayəndələri arasında qarşılıqlı əməkdaşlıq imkanlarına həsr edilmiş növbəti görüş keçirilib
25 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin “Abbott” şirkəti ilə imzaladığı memorandum çərçivəsində qarşılıqlı əməkdaşlığa həsr edilmiş növbəti görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Hospitalın rəis müavini Bəxtiyar Musayev, kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu və “Abbott” şirkətinin Rusiya və MDB üzrə Ürək Cərrahiyyəsi şöbəsinin müdiri Aleksey Potebnya iştirak ediblər.
Görüş zamanı imzalanmış memorandum cərçivəsində əməkdaşlığın növbəti addımları istiqamətində TAVİ prosedurlarının Azərbaycanda inkişafı, mitral klip əməliyyatının ölkəmizdə tətbiq olunmasının perspekrivləri, ürək-damar cərrahiyyəsi sahəsində metodik vəsaitlərin və protokolların hazırlanması və praktikada tətbiqi məsələləri müzakirə edilib. Eyni zamanda, hər iki tərəfin marağında olan digər məsələr ətrafında danışıqlar aparılıb.