1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “Google Pay” təmassız ödənişlərini Azərbaycanda tətbiq etdi
23.08.2022

Kapital Bank-ın ödəniş kart sahibləri Google Pay vasitəsilə ödənişləri təhlükəsiz və rahat şəkildə edə bilərlər. Google Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanı qazanıblar. 

Ödənişi həyata keçirmək üçün müştəri Android əməliyyat sisteminə malik smartfonu və ya ağıllı saatı ödəniş terminalına yaxınlaşdırmalıdır. Google Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçilər smartfonu blokdan çıxartmaq üçün üz tanıma, barmaq izi funksiyalarından və ya şifrədən istifadə etməlidirlər. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Google Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.

Həmçinin Google Pay-i smartfonunda aktiv edib Kapital Bank-ın Mastercard kartları ilə ilk dəfə ödəniş edən müştərilər əlavə olaraq hədiyyə qazana biləcəklər. Bunun üçün 23 sentyabr 2022-ci il tarixinədək market, kafe və yanacaqdoldurma məntəqələrinin hər birində minimum 20 AZN məbləğində nağdsız ödəniş etdikdə Mastercard sahibləri 10 AZN keşbek qazanacaqlar. Qeyd edək ki, hər müştəri bu fürsətdən bir dəfə yararlana bilər və keşbeki qazanmaq üçün hər 3 əməliyyatı eyni kart ilə etməlidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment