1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Qarabağ İncilərinin Avropa Sədası" adlı layihəsinin icrasına başlanılıb
18.08.2022

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən biri olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin "Qarabağ İncilərinin Avropa Sədası" adlı layihəsinin icrasına başlanılıb. 

Layihə çərçivəsində Qarabağ kolleksiyasına aid 16 geyim hazırlanacaq və hər geyim Qarabağın bir guşəsinin – Şuşa, Qarabağ, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadacaq. Hər bir geyimə uyğun çarıq, çanta, sırğa və s. aksesuarlar da hazırlanacaq.

Hazırlanmış geyim nümunələrinin Fransanın paytaxtı Paris şəhərində oktyabrın 24–28-də sərgisi keçiriləcək. Sərgidə ənənəvi xalq geyimlərinin, Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərləri, geniş mənada türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi olmasını təcəssüm etdirən kolleksiya təqdim olunacaq. Layihənin son mərhələsində isə həmin kolleksiya Şuşa şəhərində təqdim olunacaq.

Hazırda layihə üzrə hazırlıq işlərinə başlanıb,  layihənin işçi qrupu ilə toplantı keçirilib, geyim kolleksiyasının tikilişinə start verilib. Layihənin müddəti 4 aydır. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment