1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən abunəçilərinə xəbərdarlıq
17.08.2022

Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilərimiz son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkətimiz adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki,  saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər-hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Həmçinin, abunəçilərə vaxtaşırı SMS bildirişlərin göndərilməsi, eləcə də, Azercell-in rəsmi saytı və sosial şəbəkə səhifələrində məlumatların yerləşdirilməsi yolu ilə şirkətimiz tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir. 

Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır: 

- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;

- Etibar etmədiyiniz  mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

- Eləcə də, şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və sairlərdən yararlanmayın;

- gələn sms, whats app mesajlarındakı şübhəli linklərə keçid etməyin;

- Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:

Rəsmi satış kanalı: www.azercellim.com saytı;

Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html ;

Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər. 

- Yarana biləcək hər-hansı sual ilə bağlı yalnız  Azercell şirkətinin rəsmi əlaqə vasitələrindən birinə müraciət edin:  

Online Müştəri Xidmətləri  https://www.azercell.com/az/

Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;

Azercell Telefon Mərkəzi:

- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə

- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa   nömrəsinə.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment