1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə tərəfdaşlıq çərçivəsində İqlimlə bağlı Maliyyə Açıqlamal
17.08.2022

Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə tərəfdaşlıq çərçivəsində İqlimlə bağlı Maliyyə Açıqlamaları üzrə İşçi Qrupu ilə təşkil olunmuş görüşdə iştirak etmişdir

9 avqust və 16 avqust 2022-ci il tarixlərində Bakı Fond Birjası (BFB) Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (The UN Sustainable Stock Exchange Initiative - “UNSSE”) ilə tərəfdaşlıq çərçivəsində İqlimlə bağlı Maliyyə Açıqlamaları üzrə İşçi Qrupu (Task Force on Climate-related Financial Disclosures - TCFD)  ilə təşkil olunmuş görüşdə iştirak etmişdir. Görüşdə həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (International Finance Corporation) və Carbon Disclosure Project (CDP) iştirak etmişdir.

TCFD əsas məqsədi Kapital bazarı iştirakçılarına iqlim dəyişkənliyinin maliyyə bazarlarına təsirləri barəsində yüksək keyfiyyətli təlimlə təmin etməkdir. TCFD BFB ilə birgə görüş təşkil edərək emitentlərini, Birja üzvlərini və digər əsas maraqlı tərəflərini məlumatla ödənişsiz olaraq təmin etmiş, bununla yanaşı, TCFD görüşdə iqlimlə bağlı hesabatın nə olduğunu və bunun nə üçün vacib olduğunu bildirmişdir. İşçi qrupu həmçinin iştirakçılara qlobal və regional kontekstlə məlumat vermiş və TCFD tövsiyələrini necə həll etmək üçün ilkin addımlara diqqət yetirmişdir.

Qeyd edək ki, Bakı Fond Birjası 31 mart 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupuna (The UN Sustainable Stock Exchange Initiative - “UNSSE”) üzv olaraq qəbul olunmuşdur. 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment