1 USD 1,7000    1 EUR 1,6936    1 RUB 0,0281    1 TRY 0,0935    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanın dövlət qurumları və qeyri-hökümət təşkilatlarının təmsilçiləri üçün Özbəkistan...
15.08.2022

Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanın dövlət qurumları və qeyri-hökümət təşkilatlarının təmsilçiləri üçün Özbəkistan Respublikasına tanışlıq səfəri təşkil edib

BMqT-nin Azərbaycan nümayəndəliyi 27 iyul-04 avqust 2022-ci il tarixlərində insan alverinə qarşı mübarizə sahəsində Özbəkistan Respublikasının təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdiyi nümayəndə heyətinin Daşkənd və Buxara şəhərlərinə tanışlıq səfərini təşkil etmişdir.  Səfər ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən və BMqT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən insan alverinin qarşısının alınması və ona qarşı mübarizədə səmərəliliyin artırılması məqsədi daşıyan “İnsan Alverinə qarşı Mübarizə Fəaliyyəti” layihəsi çərçivəsində baş tutmuşdur. Doqquz iştirakçıdan ibarət nümayəndə heyətinə DİN-in İnsan Alverinə qarı Mübarizə Baş İdarəsinin, Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  yanında Sosial Xidmətlər Agentliyinin eləcə də, insan alveri sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının- “TƏMAS” RİİB-in, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin, "Azərbaycan Uşaqları" İctimai Birliyinin və Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbərləri daxil idi daxil idi.

Səfər çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Özbəkistan nümayəndəliyində, bu ölkənin İnsan Hüquqları üzrə Milli Mərkəzində, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Komissiyasında, İnsan alveri qurbanları üçün Respublika Reabilitasiya Mərkəzində, “Məşqulluğa salam” adlı Monomərkəzdə, “Xöşbəxt Övlad” Sosial İnformasiya Mərkəzində,  UNİCEF-in Özbəkistan nümayəndəliyində, həmçinin “Bərqərar Həyat”, “Nihal”, “Aydın işıq” kimi insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri hökumət təşkilatlarında görüşlər keçirilmiş, müvafiq müqaisələr aparılaraq gələcək müştərək fəaliyyətlər müzakirə edilmişdir. 

Azərbaycan nümayəndə heyəti insan alverinə qarşı mübarizə sahəsində Özbəkistandaki tərəfdaşlarının insan alverinə qarşı mübarizə sahəsində identifikasiya və istiqamətləndirmə ilə əlaqədar məsələlərin vacib aspektlərini təhlil etmək və bununla bağlı qanunvericilik islahatlarını, habelə mövcud çağırışları nəzərdən keçirmək etmək imkanı əldə etdilər. Səfər zamanı qazanılan təcrübənin müvafiq Hökumət qurumlarının və bu sahədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının gələcək işlərində faydalı olacağı gözlənilir.

BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

 


     



16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment