1 USD 1,7000    1 EUR 1,7895    1 RUB 0,0300    1 TRY 0,0980    XAU 3133,9330    XAG 36,9524    XPT 1594,4725    XPD 3153,5680   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Expressbank” yeni VEB saytını və “ONLAYN NÖVBƏ” xidmətini təqdim edir!
01.08.2022

“Expressbank” mövcud dizayn anlayışı ilə müasir rəqəmsal tendensiyalara uyğunlaşan yeni saytını təqdim edir! Bank daha keyfiyyətli və  sürətli xidmət göstərmək üçün hər sahədə olduğu kimi rəqəmsal sahədə də innovativ həlləri və modern texnoloji yenilikləri yaxından izləyərək, bu fəlsəfəni öz saytında da tətbiq etmişdir. “Expressbank” bunun bir nümunəsi olaraq müştərilərinin gözləntilərini müsbət şəkildə qarşılamaq, onların bankın məhsul və xidmətlərindən daha rahat və daha operativ şəkildə yararlanması üçün veb saytını tamamilə yeniləmişdir.

Bankın yeniliklərlə dolu internet saytı həm müasir dizaynı, həm də punktuallaşdırılmış  menyusu ilə daha əlçətan və rahat xidmət interferysini özündə cəmləşdirmişdir. Yenidən dizayn edilmiş veb sayt sayəsində siz bankın  xidmət və məhsullarını ən müasir formada izləyə, axtarış edərək rahatlıqla tapa, bank haqqında xəbərləri təqib edə və bütün yeniliklərdən xəbərdar ola bilərsiniz.

Xüsusilə qeyd etmək istərdik ki, bankın yenilənmiş saytında ən diqqət çəkən yeniliklərdən biri də, “Onlayn növbə” funksiyasının əlavə edilməsidir. Müştərilərin məhsul sifarişlərini rahat və vaxt itirmədən etməsi üçün “Onlayn növbə” funksiyası müstəsna rol oynayır. Belə ki müştəri banka gəlmədən “Onlayn növbə” funksiyası vasitəsilə xidmət almaq istədiyi “filial”, “xidmət növünü”, gəlmək istədiyi “tarixi” və “saat” xanalarını seçərək müraciəti üzrə müvafiq məlumatları qeyd edib, təsdiqləyir.  

Həmçinin yeni saytda olan  digər bir yenilik isə məhsullar üzrə olan “Sifariş Formaları”na aiddir. Müştərilərin rahatlığı, saytdan yararlanma prosesini və məhsul sifarişlərini minimal vaxt çərçivəsində həyata keçirməsi üçün məhsullar üzrə olan “Sifariş Formaları” da yenilənmiş və daha da təkmilləşdirilmişdir. Müştərilər məhsullar üzrə müraciət etdikdə “Sifariş Formaları” ında olan xanalara öz məlumatlarını daha rahat şəkildə qeyd edəcəklər.

Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı bankın rəsmi saytına https://www.expressbank.az   daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

 


     



16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment