1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ATMU-nu uğurla bitirən tələbələrin “Məzun günü” keçirilib
01.07.2022

İyunun 30-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) sonuncu kursu uğurla başa vuran tələbələrinin “Məzun günü” keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.

“Məzun günü”ndə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov məzunları təbrik edərək onlara ixtisaslı kadr kimi gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İlham Mədətov qeyd edib ki, bu il universitetdən məzun olan 457 tələbədən 365 nəfəri bakalavr, 92 nəfəri  isə magistr pilləsini bitirib. Rektor məzunlardan 18 nəfərin eyni zamanda Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin (TEU) də diplomuna sahibləndiklərini, ümumilikdə universitet məzunlarının 278 nəfərinin iki diploma malik olduqlarını diqqətə çatdırıb.

Tələbələrlə bir yerdə olmaqdan məmnunluğunu bildirən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya səbəbindən son 2 ildə məzun gününün keçirilmədiyini, 2022-ci il məzunlarının bu günü maskasız və məhdudiyyətsiz keçirdiklərinə görə şanslı olduqlarını qeyd edib.

Turizmin dinamik, sürətlə inkişaf edən, rəqabəti sevən bir sahə olduğunu qeyd edən Agentlik sədri ATMU-nun qısa müddətdə Azərbaycanın turizm sənayesi üçün xeyli sayda peşəkarlar yetişdirdiyini vurğulayıb.

O, Azərbaycan turizm sənayesinin ixtisaslı, təhsilli və bilikli gənclərə ehtiyacının olduğunu qeyd edərək məzunları mütəmadi olaraq öz üzərlərində işləməyə səsləyib və Dövlət Turizm Agentliyinin turizm təhsilli gənclərə hər zaman dəstək göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Rauf Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Şahin Seyidzadə,  İMC Krems Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru Karl Ennsfellner, Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova və digərlər qonaqlar məzunları təbrik ediblər.

“Məzun günü” çərçivəsində ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqram məzunlarına diplomlar təqdim olunub.

Həmçinin məzunlardan ixtisas, fakültə və universitet birincilərinə plaketlər, 2021/2022-ci tədris ili üzrə universitet birincisinə ATMU-nun “Tələbə Fəxri Kitabı” təqdim edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment