1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Azərbaycanda pul köçürmələrinin sosial–iqtisadi təsirlərinin yaxşılaşdırılması” layihəsi
30.06.2022

Azərbaycanda pul köçürmələrinin sosial–iqtisadi təsirlərinin qiymətləndirilməsi aparılır 

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi “Azərbaycanda pul köçürmələrinin sosial–iqtisadi təsirlərinin yaxşılaşdırılması” layihəsi çərçivəsində dövlət qurumları, banklar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə müsahibələr təşkil etmiş, habelə pul köçürmələri zamanı vəsait alanlar ilə qrup müzakirələri keçirmişdir. 

Tədqiqat qrupu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Mərkəzi Bankı, Maliyyə Monitorinqi Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərpoçt, Azərbaycan Beynəlxalq Bankı, Kapital bank, Bank Respublika, Rabitəbank və Azərbaycan Banklar Assosiasiyasının ümumilikdə 45 nəfər yüksək vəzifəli nümayəndəsi və mütəxəssisi ilə görüşmüş və müsahibələr keçirmişdir. Görüşlər zamanı Azərbaycana və əks istiqamətə pul köçürmələrinin vəziyyəti, bununla əlaqədar aidiyyəti qaydalar, siyasət və qadağalar, pul köçürmələri üzrə mövcud təcrübələr, bu sahədə rəqəmsallaşma üçün imkanlar və çətinliklər, habelə xaricdə yaşayan Azərbaycanlı miqrantların və ölkəmizdə yaşayan miqrantların sosial-iqtisadi göstəriciləri, pul göndərən və alanların maliyyə infrastrukturuna əlçatanlığı, eləcə də onların maliyyət inklüzivliyinin səviyyəsi müzakirə edilmişdir.          

Bununla yanaşı, Bakı və Lənkəran şəhərlərində xaricdə yaşayan və işləyən Azərbaycanlı miqrantların ailə üzvləri ilə qrup müzakirələri keçirilmişdir. Sözügedən şəhərlər Azərbaycanın müxtəlif regionlarına pul köçürmələrinin həcmi üzrə Azərbaycan Respublikası Dövlət Statistika Xidmətinin məlumatına əsasən seçilmişdir. Müzakirələr zamanı 21 nəfər pul köçürmələri barədə öz təcrübələrini bölüşmüşdür.  

16 iyun – Beynəlxalq Pul Köçürmələri Günü münasibətilə xaricdə yaşayan və işləyən Azərbaycanlı miqrantlar arasında onlayn sorğunun (https://bit.ly/3HCfyEq) keçirilməsinə başlanılmışdır. Azərbaycanda yaşayan miqrantlar da ölkə üzrə bank və poçt şöbələrində təqdim olunan sorğu vərəqəsini doldurmaqla sözügedən layihəyə töhfə verməyə dəvət edilir.

Qeyd edək ki, yuxarıda göstərilən metodlarla toplanacaq məlumatlar əsasında pul köçürmələri ilə bağlı hökumətin siyasəti, strategiya və qaydaları, eləcə də rəqəmsal pul köçürmələri üzrə mövcud infrastruktur, texnologiya və modelləri qiymətləndiriləcəkdir. Hazırlanacaq hesabat, həmçinin rəqəmsal pul köçürmələrinin və əlaqədar maliyyə xidmətlərinin artırılması istiqamətində hüquqi, sosial, iqtisadi və gender boşluqlarını müəyyən edərək bununla bağlı təklifləri ehtiva edəcəkdir. 

Adıçəkilən iki illik layihənin əsas məqsədi xaricdəki Azərbaycanlı miqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir. Bu layihə BMqT İnkişaf Fondunun maliyyə vəsaiti hesabına Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı ilə icra olunur. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment