1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan və İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
28.06.2022

İyunun 27-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətullah Zərqami arasında görüş keçirilib.

İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycan və İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.

Fuad Nağıyev iki qonşu ölkə arasında turizm sahəsi üzrə qarşılıqlı təcrübə mübadiləsi məsələsinin mühümlüyünü vurğulayaraq Azərbaycana səfər edən vətəndaşların sayına görə İranın ilk üçlükdə qərarlaşdığını diqqətə çatdırıb.

Agentlik sədri postpandemiya dövründə turizmin sürətli bərpa prosesi fonunda İrandan gələn turistlərin sayının tezliklə pandemiyadan əvvəlki rəqəmlərə çatacağına ümid etdiyini bildirib.

Seyid İzzətullah Zərqami öz növbəsində iki ölkə arasında dərin tarixi və mədəni əlaqələrin mövcudluğunun turizm əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Görüşdə Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanmış sənədin reallaşdırılmasının vacibliyi, viza və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, turizm sənayesi nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi üzrə aktiv işlərin aparılması və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Fuad Nağıyev iranlı həmkarını Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya, Seyid İzzətullah Zərqami isə öz növbəsində Fuad Nağıyevi İrana səfərə dəvət edib.

Qeyd edək ki, cari ilin 5 ayı ərzində İran İslam Respublikasından Azərbaycana səfər edənlərin sayı  64833 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77% artım deməkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment