1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlə
28.06.2022

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb

İyunun 24-ü tarixində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşmüşdür. 

Görüş iştirakçılarını salamlayan Komitə sədri Rövşən Rzayev ölkədə qaçqın və məcburi köçkünlərə humanitar yardımın göstərilməsi üzrə beynəlxalq təşkilatların fəaliyyətindən söhbət açıb. Rzayev BMqT-nin Azərbaycanda həyata keçirdiyi layihələrin, o cümlədən təşkilatın kəhrizlərin bərpası layihəsinin, məcburi köçkünlərin kiçik sahibkarlıq fəaliyyətlərinə göstərilən dəstəyin, münaqişədən zərər çəkən insanlara verilən pul yardımın əhəmiyyətini vurğuladı və görülən işlərə görə minnətdarlığını bildirdi. O, komitənin BMqT ilə səmərəli əməkdaşlığın davam etdirilməsində, həmçinin məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıtması prosesində, onlar üçün bu torpaqlarda su mənbələri olan kəhrizlərin bərpası ilə bağlı, o cümlədən özünüməşğulluğu təşviq etmək və onların kiçik biznes təşəbbüslərini dəstəkləmək üçün məcburi köçkünlər üçün kiçik biznes, peşə və xarici dil təlimlərinin təşkil edilməsində birgə işləməkdə maraqlı oduqlarını vurğuladı. 

Vladimir Qyorqiyev BMqT tərəfindən həyata keçirilən və məcburi köçkünlərin də layihə benefisiarlarının bir hissəsi olduğu Kəhrizlərin bərpası layihəsi çərçivəsində görülən işlər barədə Rzayevə məlumat verdi. O, qeyd etdi ki, Azərbaycanın müxtəlif bölgələrində 8 min ailəni içməli və suvarma suyu ilə təmin edəcək kəhrizlərin bərpası növbəti ildə də davam etdiriləcək. Qyorqiyev, həmçinin BMqT-nin komitə ilə əhəmiyyət kəsb edən sahələrdə birgə işləməyə və təcrübə mübadiləsi aparmağa hazır olduğunu vurğulayıb.

Görüş zamanı gənclər üçün peşə, dil və kiçik biznes təlimlərinin təşkili, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması prosesinə dəstək məqsədilə BMqT tərəfindən hazırlanmış əhlinin yerdəyişməsini və hərəkətliliyini izləyən bir sistem olan Yerdəyişməni İzləmə Matriksinin Azərbaycanın ehtiyaclarına uyğunlaşdırılması perspektivləri müzakirə olundu.

Görüş iştirakçıları məcburi köçkün icmasının faydası üçün və məcburi köçkünlərin qayıdışı prosesinin dəstəklənməsi və onlar üçün dayanıqlı həyat şəraitinin təmin edilməsi məqsədilə məsləhətləşmələri davam etdirmək və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq qərarına gəliblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment