1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Agentliyinin sədri BMT-nin sessiyasında çıxış edib
24.06.2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin İnsan Hüquqları Şurasının 50-ci sessiyası çərçivəsində keçirilən “Dövlət xidmətlərinin göstərilməsi və insan hüquqları - Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyiş” adlı sessiyada çıxış edib. Tədbir Azərbaycan Respublikası və Malayziyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri ilə BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Tədbir həm də 23 İyun – BMT Dövlət Xidmətləri Gününün qeyd edilməsi münasibətilə reallaşdırılıb.

Dövlət Agentliyinin sədri açılış çıxışı zamanı dövlət xidmətlərinə şəffaf, səmərəli və bərabər çıxışın təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunması istiqamətində 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” tərəfindən həyata keçirilən işlərlərdən bəhs edib.

Dövlət idarəçiliyində rəqəmsal texnologiyalar və elektron hökumətin tətbiqinin genişləndirilməsinin zəruriliyinə toxunan Ülvi Mehdiyev müvafiq sahə üzrə Dövlət Agentliyi tərəfindən əldə edilmiş nailiyyətləri vurğulayıb. Qeyd olunan sahələrdə beynəlxalq əməkdaşlığın və bu çərçivədə qarşılıqlı təcrübələrin bölüşülməsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bundan əlavə “ASAN xidmət”in Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq bəndlərinin həyata keçirilməsi istiqamətində əhəmiyyətli rolu vurğulanıb və hazırda 2030 Gündəliyinin “Heç kəsi geridə qoymamaq” vədi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üzrə işlərin uğurla davam etdirildiyi bildirilib.

Açılış sessiyası zamanı Dövlət Agentliyinin sədri ilə yanaşı BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının bölmə rəhbəri və Malayziya Baş Nazirinin xüsusi məsələlər üzrə müşaviri çıxış ediblər.

Tədbir panel iştirakçıları tərəfindən edilən müxtəlif təqdimatlarla və interaktiv müzakirələrlə davam edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment