1 USD 1,7000    1 EUR 1,7895    1 RUB 0,0300    1 TRY 0,0980    XAU 3133,9330    XAG 36,9524    XPT 1594,4725    XPD 3153,5680   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!
20.06.2022

Azərpoçt-un Bakı və Abşeron məntəqələrində təqdim edilən Azercell xidmətləri yaxın gələcəkdə bütün şöbələrdə mümkün olacaq.  

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan ölkənin lider mobil operatoru “Azercell Telekom” abunəçiləri üçün rahat bağlantını təmin etmək məqsədilə mobil operatorlar arasında ilk dəfə olaraq “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət ilə yeni formatda əməkdaşlığa başlayır. Belə ki, hazırda Bakı və Abşeron üzrə “Azərpoçt” məntəqələrində Azercell-in ödəmə kartları və digər xidmətlərinin göstərilməsi artıq təmin olunub. Xidmətlərin gələcəkdə bütün ölkəni əhatə etməsi nəzərdə tutulur.  Qeyd edək ki, həmin məntəqələrdə xüsusi təlim keçmiş “Azərpoçt” əməkdaşları abunəçilərin Azercell xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirə biləcəklər. 

Paytaxt və bölgələr boyu fəaliyyət göstərən Azercell Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv ofisləri, və Azercell-in rəsmi diler məntəqələrində abunəçilər üçün mümkün olan xidmət çeşidləri yaxın zamanda Azərpoçt məntəqələri vasitəsilə də vətəndaşlara təqdim ediləcək.   

Xatırladaq ki, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə ənənəvi poçt xidmətləri, bank, sığorta və s. kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və s kimi maliyyə xidmətləri, eləcə də, elektron hökumət və biznes xidmətlərini təqdim edir. Ölkəmizin ən qədim rabitə qurumu olan Azərpoçt ilə ölkənin aparıcı mobil rabitə operatoru “Azercell Telekom”-un əməkdaşlığı hər iki təşkilat üçün əhaliyə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq. 

 


     



16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment