1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB-nin baş sponsorluğu ilə “Karyera sərgisi”!
11.05.2022

ABB-nin baş sponsorluğu ilə ADA Universitetində “Karyera həftəsi”nin yekun tədbiri və “Karyera sərgisi” keçirilib. “Karyera həftəsi” ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar ediblər. Gənclərdə əmək bazarı, bu bazarın mövcud tələbləri barədə təsəvvür yaradılıb.  “Karyera həftəsi” zamanı xüsusi prosedurlar əsasında 3 tələbə seçilib. Onlar ABB-nin Təcrübə proqramına cəlb olunub. Həmin gənclər ABB-nin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.

“Karyera sərgisi”ndə isə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib.

ABB-nin Baş direktoru Aynur Süleymanlı “Karyera sərgisi”ndə çıxışı zamanı Bankın istedadlı gənclərə dəstək üçün bir sıra proqramlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, ABB müəyyən bilik və bacarıqlara malik, amma iş təcrübəsi olmayan gənclərə də imkanlar yaradır. Onlara təcrübə qazanmaqda dəstək verir. “Bank sektorunun ən yaxşı işəgötürəni olmaq bizim əsas hədəflərimizdən biridir. Bu məqsədlə ABB ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, bu cür karyera tədbirlərinə tərəfdaşlığı da fəaliyyətində xoş bir ənənəyə çevirib” – deyə o vurğulayıb. Aynur Süleymanlı tələbə və məzunları bu cür imkanlardan faydalanmağa çağırıb. 

Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment