1 USD 1,7000    1 EUR 1,7895    1 RUB 0,0300    1 TRY 0,0980    XAU 3133,9330    XAG 36,9524    XPT 1594,4725    XPD 3153,5680   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Dövlət Sığorta Şirkəti rebrendinq etdi – YENİ LOQO
04.05.2022

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti ölkənin sığorta bazarındakı mövqeyini daha da gücləndirmək, eləcə də çevik və innovativ şirkətə çevrilməsi məqsədi ilə rebrendinqlə bağlı apardığı kompleks işləri uğurla davam etdirir. Rebrendinq işləri çərçivəsində şirkətin loqosu və “brandbook”u tamamilə yenilənib.

Şirkətin yeni brendinin əsas ideoloji mahiyyəti dövlət sığortası adı altında vəhdət yaradaraq cəmiyyəti birləşdirməkdir. Yeni loqo özlüyündə cəmiyyətin vahid olması simvolunu özündə əks etdirir və milli atributumuz olan səkkizgüşəli ulduzu əmələ gətirir.

Loqodakı naxış elementləri birləşərək milli şəbəkə ornamentini simvolizə edir. Bu isə qeyd edilən vəhdəti yaratmaq üçün düşünülmüş elementlər şəbəkəsini nəzərdə tutur. 

Qeyd edək ki, rebrendinq prosesi müxtəlif satış kanalları vasitəsi ilə müştərilərin tələbinə uyğun sərfəli sığorta məhsullarının hazırlanmasında və daha asan əlçatanlığının təmin olunmasında şirkətin yeni inkişaf mərhələsinə təkan olacaq.

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanov: “100 ildən çox tarixə malik olan Dövlət Sığorta Şirkəti Cənubi Qafqazın ən iri şirkətlərindən biri hesab olunur. Təbii ki, zaman keçdikdə yenilənməyə, təkmilləşməyə ehtiyac yaranır. Biz rebrendinq etməklə müştərilərimizə də bu dəyişiklikləri hiss etdirməyə çalışırıq. Bütün bu işlər şirkətin artıq yeni bir inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Bizim üçün əsas meyar müştəri məmnuniyyəti səviyyəsini daha da artırmaqdır və bu istiqamətdə səylərimizi daha da gücləndiririk. Rebrendinq şirkəti inkişafa aparan bir prosesdir və bunun nəticəsində biz peşəkar komanda olaraq korporativ və fərdi müştərilərimizə daha çevik və keyfiyyətli xidmətlər və yeni məhsullar təqdim edəcəyik. Əsas məqsədimiz bazarın ən aparıcı, brend şirkətinə çevrilmək, xidmətlərimizi daha da rahat və faydalı edərək müştəri tələblərini qarşılamaqdır”.  

 


     



16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment