1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığortadan hədiyyəli yeni kampaniya!
23.02.2022

PAŞA Sığorta avtomobil və ya tibbi sığorta alan şəxslərə əmlak sığortası məhsulunu hədiyyə edir. Daim müştərilərinin istəklərini nəzərə alan PAŞA Sığorta bu dəfə də yeni kampaniyaya start verir. Belə ki, yeni “Aldım bir, açdım iki sığorta” kampaniyası çərçivəsində Optimal KASKO, SağlamSən və ya Ailə Dostu könüllü tibbi sığorta məhsullarından birini əldə edən müştərilərə Yaxın Qonşu könüllü əmlak sığorta məhsulu üzrə vauçerlər hədiyyə olunacaq. Hədiyyə vauçeri əldə edən müştərilər Yaxın Qonşu məhsulunu özü əldə edə və ya yaxınlarına hədiyyə edə bilərlər. Qeyd edək ki, kampaniya 21 mart tarixinədək davam edəcək.

Yaxın Qonşu könüllü əmlak sığortası məhsulu əldə edən müştərilər su borularından axan suyun, buxarın, mayelərin, həmçinin yanğının qonşunun evinə və ya səhhətinə vurduğu zərər kimi sığorta risklərinə qarşı 5000 AZN təminat əldə edəcəklər. 

Kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya  https://bit.ly/3AlvQML, https://bit.ly/Optimal_KASKO keçidləri vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq da müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment