1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


3 tərəfli marketmeyker müqaviləsi bağlanıldı
17.11.2021

Bakı Fond Birjası ilə “PSG Kapital İnvestisiya Şirkəti” QSC  və "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti” (SOCAR) arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazları üzrə 3 tərəfli marketmeyker müqaviləsi bağlanıldı

1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100,000,000.00 (yüz milyon) ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

2 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazları BFB-nin ticarət platforması vasitəsilə təkrar bazarına start verilmişdir.

16 noyabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazlarının anderrayteri olmuş “PSG Kapital İnvestisiya Şirkəti” QSC həm də istiqrazların təkrar bazarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təyin olunmuş marketmeykeri olmaqla, onların BFB-də təkrar bazarda likvidliyini təmin edir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birja üzvü olan  “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təmin olunacaqdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment