1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Qırmızı ürəklər” 2021-ci il ərzində minlərlə insana müxtəlif yardımlar edib
16.07.2021

“Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu ölkə üzrə xeyriyyəçilik işlərini davam etdirərək, minlərlə insana müxtəlif yardımlar edir. 2021-ci ilin ilk 6 ayı ərzində 800 nəfərdən artıq Qarabağ müharibəsi qazisinə ümumilikdə 500 min manat məbləğində dəstək göstərilib. Onlara birdəfəlik maddi yardımlarla yanaşı tibbi dəstək, təmir-tikinti işləri, bayramlarda hədiyyə, məişət texnikasının alınması kimi ehtiyacları fond tərəfindən qarşılanıb. 

Cari ilin aprel-may ayları fondun təşkilatçılığı ilə “Vətən Bağı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 1-ci və 2-ci Qarabağ müharibələri zamanı hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağaclar əkiləcək. Hələlik Kürdəmir, Saatlı, Qəbələ və Neftçala rayonlarında olan ağacəkmə aksiyaları zamanı 900-ə yaxın ağac əkilib. Payız mövsümündə analoji tədbirlər digər rayonlarda da keçiriləcək. Ağacəkmə aksiyası PAŞA Holdinqin, Kapital Bank-ın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə həyata keçirilib.

Bundan başqa 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Kapital Bank ilə birgə Daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” sosial aksiyası keçirilib. Layihə zamanı Daun sindromlu uşaqlar üçün qurama, modellik, inklüziv hərəkət və rəqs, rəsm və gil sənəti, ippoterapiya və pizza hazırlanması kimi təlimlər təşkil edilib. 20 nəfər Daun sindromlu uşaq və yeniyetmənin iştirak etdiyi təlimlərlə bağlı qısa video çarx da hazırlanıb – https://youtu.be/KnSmpgpiArI. Layihə Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da iki nominasiya üzrə bürünc medal qazanıb.

İndiyədək “Qırmız ürəklər” tərəfindən 3000-dən artıq əsgər qazi ailəsinə müxtəlif yardımlar göstərilib. Könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər qrup tərəfindən ölkənin 50-dən artıq rayonunda xeyriyyə aksiyaları təşkil edilib, yüzlərlə  aztəminatlı ailələrə yardım göstərilib. Yeni il ərəfəsində isə “Qəhrəmanlarımızın övladları bizə əmanətdir” aksiyası çərçivəsində bütün şəhid övladlarına bayram hədiyyələri təqdim edilib. Bütün sadalanan işlərə 1,5 milyon manatdan artıq vəsait xərclənib.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Xeyriyyə Fondu kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

  


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment