1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


PwC Azərbaycan marşalları “2021 Formula 1 Azərbaycan Qran Prisində” iştirak edib
07.06.2021

4-6 iyun 2021-ci il tarixlərində PwC Azərbaycan Formula 1 marşal komandası 2021-ci il Azərbaycan Qran Prisində iştirak etmişdir. Əvvəlki illərdə olduğu kimi, Bakı Şəhər Halqasının ən həyəcanlı və məsuliyyətli sektorlarından biri kimi tanınan 1-ci Sektora görə məsuliyyət daşıyırdıq.  İT departamentimizin rəhbəri Namiq Hacıyev yarışdan əvvəl avtomobillərin texniki yoxlaması üzrə mütəxəssis qismində iştirak etmişdir. Trekdə 18 marşaldan ibarət PwC komandası son 4 ay ərzində hər həftəsonu məşqlərdə həqiqətən bir komanda olmaq üçün birlikdə çalışmışdır.   

Bu, PwC-nin komanda ruhunun və Şirkətin məqsədində əks olunan dəyərlərin yüksək səviyyədə nümayişi idi. 

Artıq beşinci ildir ki, komandaya Şirkətimizin gənc və məqsədyönlü rəhbər işçisi, kadrlar şöbəsinin başçısı İnarə Namaliyeva uğurla rəhbərlik edir. F2 yarışının bir neçə həyəcan gətirən məqamı sektorumuzda iki avtomobilin  trekdən çıxması zamanı baş vermişdir. Marşallarımız qısa bir müddət ərzində vəziyyəti nəzarət altına götürmüş, treki təmizləmiş və sürücülərə köməklik göstərmişdir.

Bundan əlavə, Luis Hemiltonun həlledici son 3 dövrədə dramatik uğursuzluğundan və qırmızı bayrağın onun qalib olmasına əngəl yaratdığı zaman Sektor 1 yarışmanın ən qızğın anında iştirak etmişdir.      

Yürüşün mütləq qalibi Serxio Perez Sektor 1-də dayandığı zaman və Red Bull Formula 1 komanda yoldaşı Maks Verstappenin bolidinin təkərinin sıradan çıxması nəticəsində qalibiyyəti onun  əlindən aldıqdan sonra marşallarımız ona köməklik göstərmişdir. Marşallarımız çevik hərəkət edərək onun maşınını çuxura itələdi.  

"Formula-1 hamımız üçün gözəl bir təcrübə idi. Bu, bir komanda kimi birləşmək, bir-birimizi dəstəkləmək və Formula - 1 yarışı kimi möhtəşəm bir tədbirin ölkəmizdə keçirilməsinə köməklik göstərmək üçün unikal imkan idi", - deyə İnara bildirib.

Formula-1 Azərbaycan Qran-Prisi zamanı 2021-ci ildə komandanın nümayiş etdirdiyi məhsuldarlıq və enerji Formula-1-in yerli, eləcə də də beynəlxalq rəhbərliyi tərəfindən müstəsna və yüksək qiymətləndirilmişdir.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment