1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Şirvan Gənclər Evinə dəstək verib
07.06.2021

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan tərəfindən maliyyələşdirilən "Dayanıqlıq naminə İcitmai Fəaliyyət" layihəsi çərçivəsində bölgələrdə yerləşən və həssas qruplarla işləyən Gənclər Evlərini dəstəkləməkdə davam edir. 

BMqT yerli tərəfdaşlarla işbirliyi çərçivəsində Şirvan şəhərində yerləşən Şirvan Gənclər Evində kompüter otağının imkanlarını artırılmasına dəstək vermişdir. Bu çərçivədə kompütr labaratoriyası səkkiz ədəd monoblok kompüter, bir sürətli masa üstü kompüter və  bir proyektor ilə təmin edilmişdir. Laboratoriyadan yalnız Şirvanda yaşayan gənclər deyil, həm də Azərbaycanın Saatlı, Sabirabad, Hacıqabul və Salyan rayonlarından olan gənclər də istifadə edirlər.

Qeyd edək ki, "Dayanıqlıq naminə İcitmai Fəaliyyət" layihəsi çərçivəsində oxşar “USAID LAB” adlı İKT / Kompüter labaratoriyaları Balakən Gənclər Evində, eyni zamanda  Lənkəran Dövlət Universiteti və  Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində də yaradılmışdır.

COVID-19 pandemiyası nəticəsində məsafədən və rəqəmsal platformalarda həyata keçirilən elektron təhsilin əhəmiyyətinin artması ilə təlim-tədris metodları əsaslı şəkildə dəyişdi. Bu baxımdan, USAID tərəfindən dəstəklənən kompüter laboratoriyaları istər Gənclər Evləri, istərsə də Universitetlərin onlayn tədris imkanlarını daha da genişləndirir, həm də gənclərin İKT bacarıqlarını artırmaqdadır. Adı çəkilən kompüter laboratoriyaları Azərbaycanın müxtəlif regionlarında yaşayan gənclər tərəfindən istifadə edilməkdədir.  

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment