1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AzETA Azərbaycan EkoTurizm Assosiasiyası “Qlempinq mərkəzinin yaradılması konsepti” mövzusunda vebinar keçirmişdir
07.06.2021

Tədbirdə Rusiya Qlempinqlar Assosiasiyasının Prezidenti, “Dikiy Dom” şirkətinin memarı və rəhbəri xanım Janna Kira təqdimatla çıxış etmiş, qlempinqların qurulması, istismarı, planlaşdırılması və sair məsələlər ətrafında məlumatlar vermişdir, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Qlempinq - (qlamur və kempinq sözlərinin birləşməsindən əmələ gəlib) - yüksək komfortlu kempinq (çadır) mənasını daşıyır. Qlempinqlar ekoturizm, kənd turizmi, yaşıl turizm, aqroturizm, ekstrimal turizm, gənclər düşərgələri və digər outdoor turizm növləri üçün turistlərin müvəqqəti qaldıqları yerləşmə vasitəsi kimi dünyada geniş istifadə edilirlər. Qlempinqlar ekoloji sağlam konsept olaraq dünya turizm və qonaqpərvərlik sənayesində gündən günə daha da geniş vüsət alan seqment hesab olurlar. 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, DAİR Hotellər və Restoranlar Assosiasiyası və Baku Guide turist bələdçisinin dəstəyi ilə keçirilmiş vebinarda ölkənin regionlarında fəaliyyət göstərən Destinasiya İdarəetmə Təşkilatlarının, Turizm İnformasiya Mərkəzlərinin, KOBİA nümayəndələrinin, Rayon İcra Hakimiyyəti orqanlarının, Azərbaycan Resöublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu” Dövlət Təbiət Qoruğunun, Kənd Yaşıl Turizm Assosiasiyasının, Mİngəcevir Dövlət Universitetinin, MingəcevirTurizm Kollecinin, Bakı Turizm Peşə Məktəbinin, FEE Ətraf Mühit Təhsili Fondunun “Green Key” Proqramı üzrə Türkiyə nümayəndəliyinin, regional otellərin, turizm şirkətlərinin, aqro müəssisələrin və digər maraqlı tərəflərin nümayəndələri iştirak etmişdirlər.

Azərbaycan EkoTurizm Assosiasiyası tədbirə təşkilatı dəstək verən qurumlara Assosiasiyanın ideyalarının realizə edilməsində onların yardımçı olmaqlarına görə, məruzəçiyə və bütün iştirakçılara təşəkkür bildirir.

AzETA Azərbaycan EkoTurizm Assosiasiyası 2019-cu ildə təsis edilib. AzETa-nın əsas məqsədləri ölkədə ekoloji mədəniyyətin və ekoturizmin inkişafına dəstək verməkdən ibarətdir. AzETA Qlobal Davamlı İnkişaf Məqsədlərinə sadiq olaraq bütün fəaliyyətində yüksən ekoloji, mədəni və etik qaydalara riayət olunmasını prioritet hesab edir.


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment