1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kiçik Ürəklərdə Böyük Xatirələr”
01.06.2021

«GİD CSR Consulting»  və Azercell Telekom şirkətlərinin tərəfdaşlığı nəticəsində, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə çərçivəsində 300-dən çox şəhid övladının anası ilə birgə iştirakı ilə onlayn təlimlər keçirilib. «GİD CSR Consulting» şirkəti,  şəffaflıq, ədalət, insan hüquqları, qayğı prinsiplərini əsas tutaraq yaradılaraq,əsas məqsədi, əhalinin sosial cəhətdən çətinlik yaşayan təbəqələrini dəstəklənməsi, tibb, elm, təhsil, idman, incəsənət,ekoloji mövzularda layihələrin həyata keçirilməsi və valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafı, cəmiyyətə inteqrasiyasından ibarətdir. "GİD CSR Consulting" MMC- nin rəhbəri Nigar Əliyevadan aldığımız məlumata əsasən, 2018-ci ildən etibarən «GİD CSR Consulting» müxtəlif şirkət və təşkilatlara, Korporativ Sosial Məsuliyyət istiqamətində xidmət göstərir.

44 günlük Vətən müharibəsində torpaqların azadlığı uğrunda canından keçən cəsur hərbçilərin ailə üzvləri üçün art terapiya yolu ilə psixoloji, motivasiyaedici təlimlər təşkil olunub. “ Duyğuların Rəngi” və “Arzular ağacı” təlimləri  uşaqlara və onların valideynlərinə, peşəkar psixoloqlarla birgə emosional problemlərinin öhdəsindən gəlməyə kömək etmişdir. Layihənin növbəti mərhələsi kimi təlimlərdə qonaq qismində tanınmış şəxslərin iştirakı nəzərdə tutulub. Onlar özlərinin uğur hekayəsini bölüşməklə, bu yolda üzləşdikləri çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışacaqlar.

Təlimlər zamanı böyük psixoloji stress keçirmiş uşaq və onların valideynlərinin emosional durumu üzə çıxarılıb, onların yaşadıqlarını incəsənət yolu ilə ifadə etməsinə imkan yaradılıb. Uşaqlar rəsm sənət növündən istifadə edərək hisslərini kağıza köçürüblər. Həm uşaqlar, həm də böyüklər üçün faydalı olan art terapiya uşaqların daxili dünyasını açmağa, həm də gizli bacarıqlarını üzə çıxarmağa yardımçı olub.

Azercell-in “GİD CSR Consulting” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan “Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsində keçirilən görüşlər zamanı şəhid övladları qəhrəman ataları haqqında xatirələrini də səsləndiriblər. Layihənin yekunu olaraq tezliklə uşaqların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitab həm rəqəmsal, həm də çap formatda hazırlanıb nəşr ediləcək. Kitabın elektron versiyasını “Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.

Video - https://youtu.be/H8HbdC-pSnw


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment