27 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106013888 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 96.000 AZN (9.0523%) və 100.5302 AZN (7.300%) olan 34 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.9498 AZN (7.9000%), orta ölçülmüş qiyməti 99.0202 (7.8730%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 148,619,800.00 manat yerləşdirilmiş həcmi isə 45,000,000.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 23 aprel 2024-cü il.
Hərrac iştirakçıları 28 aprel 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.