2 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106007880 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 93.6553 (10.0000%) və 97.9136 (8.2999%) olan 25 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.5281 (8.4500%), orta ölçülmüş qiyməti 97.5739 (8.4321%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 111,812,500.00 manat yerləşdirilmiş həcmi isə 45,000,000.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 27 fevral 2024-ci il.
Hərrac iştirakçıları 3 mart 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.