1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Parkinq KASKO avtomobil sığortasını Insure.az-da onlayn əldə edin
22.01.2021

Artıq PAŞA Sığorta şirkətinin minimum qiymətlə üstün təminatlar təklif edən Parkinq KASKO məhsulunu Insure.az sığorta portalında onlayn əldə etmək mümkündür. 

Hər zaman innovativ həllərlə çıxış edən PAŞA Sığorta şirkəti Azərbaycanın ilk onlayn sığorta portalı olan Insure.az ilə birgə əməkdaşlıq çərçivəsində müştərilərin rahatlığı və sığorta məhsullarının əlçatanlığını təmin etmək üçün yeni xidmət təqdim edir. Beləliklə, indi KASKO əldə etmək istəyən avtomobil sahibləri Insure.az portalının KASKO bölməsinə daxil olaraq cəmi bir neçə dəqiqə ərzində şəxsi və avtomobil məlumatlarını daxil edib Parkinq KASKO məhsulu üzrə müraciətlərini asanlıqla rəsmiləşdirə bilərlər. 

Bunun üçün cəmi 99 AZN sığorta haqqı ödəməklə avtomobili 1 illik müddətə 10.000 AZN təminatla sığortalamaq mümkündür. Parkinq KASKO məhsulu 5.000-150.000 AZN bazar dəyərinə malik avtomobillərə atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, qaçırma, soyğunçuluq, yanğın, partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklər nəticəsində yaranacaq zərərlərə təminat verir.

Qeyd edək ki, ölkədə ilk dəfə 14 aparıcı sığorta şirkətinin xidmətlərini bir platformada birləşdirən Insure.az, bir il ərzində 20.000 sığorta müqaviləsi bağlamaqla 1.500.000 manat sığorta haqqı toplayan Azərbaycanın ilk mərkəzləşdirilmiş onlayn sığorta portalıdır.

"PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" şirkəti 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərməklə kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment