1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank müştəriləri üçün vacib məlumat!
21.01.2021

Bundan sonra Unibank kart sahiblərinə bankın öz Kart Prosessinq Mərkəzində xidmət olunacaq. Bankın öz Prosessinq Mərkəzinə keçidlə əlaqədar olaraq, plastik kart əməliyyatlarında, bankın bütün teminallarının fəaliyyətində (ATM-lər, POS-terminallar, ödəmə terminalları) və uBank mobil tətbiqində qısamüddətli fasilə yarana bilər. Müştərilərin bank əməliyyatlarında ciddi çatışmazlıq yaranmaması üçün proses gecə saatlarında həyata keçiriləcək. Keçid prosesi yanvarın 23-dən 24-nə keçən gecə aparılacaq. 

Beynəlxalq təcrübələr də göstərir ki, yeni texnologiyaların tətbiqi zamanı keçid prosesində müəyyən fasilələrin yaranması qaçılmazdır. Unibank keçid zamanı kart əməliyyatlarında yaranacaq məhdudiyyətlərə görə müştərilərdən üzr istəyir və bu vəziyyəti anlayışla qarşıladıqları üçün onlara minnətdarlığını bildirir. Prosesin ilk günlərində ayrı-ayrı şəxslərin kart əməliyyatında hansısa problem yarana biləcəyi halda, Bank müştəriləri narahat olmamağa çağırır, məsələnin ən qısa müddətdə həllini tapacağını bildirir.

Unibank kartı olanlar Bankın öz Prosessinq Mərkəzinə keçidindən sonra qısa müddətdə xidmət və məhsullarda əhəmiyyətli dəyişiklikləri hiss edəcəklər. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verəcək. Prosessinq mərkəzi "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar və geniş xidmət təqdim edəcək. Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan yaradacaq.

Unibank-hər kəsin bankı!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment