1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
28.10.2020

Mərkəzi Gömrük Hospitalında tətbiq olunan tibb xidmətlərinin inkişafı istiqamətində daim yeniliklərə imza atılır, stuktur dəyişiklikləri aparılır. Tibb sahəsinin inkişafına verilən dəyərin göstəricisi kimi Hospitalımızda müasir tələblərə və yeni çağırışlara cavab verən Patomorfoloji diaqnostika şöbəsi yaradılmışdır. Xəstəliklərin müalicə taktikasının seçilməsində patomorfoloji diaqnostikanın nəticələri əvəzsiz rola malikdir.

Patomorfoloji diaqnostika vasitəsilə mövcud olan onkoloji və qeyri-onkoloji xəstəliklərin yaranma səbəbi müəyyən edilir və xəstəliyin inkişaf mərhələsi təyin edilir. Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsində bütün ümumi histoloji, sitoloji, histokimyəvi, geniş miqyaslı immunohistokimyəvi müayinələr yüksəkixtisaslı həkim-patomorfoloqlar tərəfindən həyata keçirilir. Patomorfoloji diaqnostika şöbəsinin həkimləri daim öz üzərində çalışır, qarşılıqlı hörmət və dəstək prinsipi ilə işləyirlər.

Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, həkim patomorfoloq Zərifə Yusifli, həkim patomorfoloqlar Şıxəliyev Müqabil, Emin Mirzəyev pasiyentlərdən alınan toxumaların hazırlanmasında ən müasir avadanlıqlar və daim yenilənən Avropa istehsalı olan reaktivlərdən istifadə edirlər. Həmçinin, cərrahi əməliyyatlar zamanı əvəzedilməz sayılan intraoperativ konsultasiya şöbənin patomorfoloqları tərəfindən qısa müddət ərzində yüksək səviyyədə həyata keçirilir.

Burada yaxın gələcəkdə xarici ölkələrdə mövcud olan, ölkəmizdə ilk sayıla biləcək müayinələrin edilməsi planlaşdırılır. Patomorfoloji diaqnostika şöbəsinin həkimlərinin hər biri bu çətin və məsuliyyətli dövrdə vətəndaşlarımıza ən yüksək səviyyədə xidmət və qayğı göstərir. Unutmayaq ki, insan sağlamlığı hər zaman ən önəmli nemətdir və erkən, vaxtında, düzgün qoyulmuş diaqnoz xəstə həyatını xilas edə bilər!

Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, həkim patomorfoloq Zərifə Yusiflini, həkim patomorfoloqlar Müqabil Şıxəliyevi, Emin Mirzəyevi, immunohistokimya mütəxəssis Kəmalə Abaslını, laborant Səkinə Əliyevanı, laborant Qafur Kamalovu, kiçik tibb işçisi Gülnarə Zeynalovanı bu münasibətlə təbrik edir və fəaliyyətlərində uğurlar qazanmasını arzulayırıq!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment