1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
27.10.2020

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin üçüncü rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank cari ilin üçüncü rübündə dinamik inkişaf etməyə davam edib və yaxşı əməliyyat və maliyyə nəticələri nümayiş etdirib. Həmçinin, Bank rəqəmsal platformasını köklü şəkildə yeniləmiş, bu isə, bankın dövrümüzün aktual çağırışlarına sürətli və effektiv cavab verməsinə, eləcə də müştərilərə göstərilən xidmətin keyfiyyətini və sürətini əhəmiyyətli dərəcədə artırmasına imkan verəcəkdir.

1 oktyabr 2020-ci il tarixinə bankın aktivləri 1,07 milyard manat təşkil etmişdir ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Üçüncü rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 5,8 milyon manat təşkil etmişdir. Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz gəliri isə 21%-dən çox artaraq 35,4 milyon manat təşkil etmişdir. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq,  Bank real sektorun kreditləşməsini davam etdirərək 9 ay ərzində 190 mln. manat məbləğində kredit vermişdir.

Hesabata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 15% artaraq 84,9 mln. manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 70% üstələmişdir. Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,71%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,93% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,8 dəfə çoxdur.  

.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment