1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Banklar Assosiasiyasının məlumatı
26.10.2020

Hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşlarımızın dəstəklənməsi ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının məlumatı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir. Bu tarixi günlərdə Azərbaycan bank ictimaiyyəti də hər zamankı kimi Ordumuzun, dövlətimizin yanındadır. Azərbaycan bankları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımıza, Vətən uğrunda canından keçən Şəhidlərimizin ailə üzvlərinə bütün dövrlərdə xüsusi diqqət və ehtiramla yanaşmış və bu münasibət hər zaman davam edəcəkdir! 

Hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul etmişlər: 

1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

2. Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

3. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

4. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;

5. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin. 

İctimaiyyətə məlum olduğu kimi ölkəmizdə hərbi vəziyyətin elan edildiyini nəzərə alaraq, cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış şəxslər haqqında və digər əlaqədar məlumatlar məxfi xarakter daşıyır. Bu barədə bankların da məlumatı olmur. Bu səbəbdən, banklar tərəfindən müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır. 

Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir. 

Qələbə bizimlədir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment