1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin borcu silinəcək
26.10.2020

Rabitəbank hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşlarımızın dəstəklənməsi ilə bağlı tədbirlər görəcək. Belə ki, Bank Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə aşağıdakı qərarların icrasına öhdəlik verir:

1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banka olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək;

2. Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banka olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək;

3. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banka olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılacaq;

4. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödəniləcək;

5. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödəniləcək.

Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir.

Qeyd edək ki, bundan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan haqq döyüşündə ordumuza dəstək məqsədilə “Rabitəbank” Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN köçürüb. Həmçinin Bankın mobil əlavəsi olan “Rabitəbank Mobil” tətbiqində də vətəndaşlara fonda maddi yardımı asanlaşdıran köçürmə funksiyası da istifadəyə verilib.

“Rabitəbank” ordumuzun hazırki ruh yüksəkliyi, döyüş əzmkarlığı və parlaq qələbələri ilə fəxr edir, ordu sıralarına qoşulan bank əməkdaşları da daxil olmaqla bütün hərbçilərimizə sağ-salamat evlərinə qayıtmağı arzulayır! Zəfər Azərbaycan ordusundadır!

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment