1 USD 1,7    1 EUR 2,012    1 AUD 1,2251    1 ARS 0,0234    1 BYN 0,6966    1 BRL 0,3188    1 AED 0,4628    1 ZAR 0,0971    100 KRW 0,1432    1 CZK 0,0763    100 CLP 0,2201    1 CNY 0,244    1 DKK 0,2701    1 GEL 0,5533    1 HKD 0,2194    1 INR 0,0227    1 GBP 2,23    100 IDR 0,0116    100 IRR 0,004    1 SEK 0,1949    1 CHF 1,8637    1 ILS 0,4996    1 CAD 1,2725    1 KWD 5,5638    1 KZT 0,0041    1 KGS 0,0219    100 LBP 0,1126    1 MYR 0,4054    1 MXN 0,0756    1 MDL 0,1028    1 EGP 0,1066    1 NOK 0,1885    100 UZS 0,0167    1 PLN 0,4548    1 RUB 0,0232    1 SGD 1,2398    1 SAR 0,4533    1 XDR 2,4018    1 TRY 0,234    1 TWD 0,0578    1 TJS 0,1649    1 TMT 0,4857    1 UAH 0,0614    100 JPY 1,6105    1 NZD 1,1336    XAU 3502,867    XAG 48,3613    XPT 1649,969    XPD 3751,7385   
           
AMB kursu / Məzənnələr

 

 

İT Bridge Azerbaijan

şirkətinin İT ekspertlərinə facebook səhifəsi vasitəsilə suallarınızı təqdim edə bilərsiniz
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Banklar


Azərbaycan Beynəlxalq Bankından “Təhsil Kartı”
10.09.2020

Gənclərin təhsilinə, müasir çağırışlara uyğun bilik və bacarıqlara yiyələnməsinə dəstək olan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir layihənin icrasına başlayıb. Bank “Təhsil Kartı” adlı yeni məhsulunu təqdim edib. 

Yeni kart məhsulu tələbələrin təhsil zamanı ehtiyac duyduqları bank xidmətlərinin yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə ki, Azərbaycan Beynəlxalq Bankının “Təhsil Kartı” vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində, xaricdə, bankın mobil tətbiqi vasitəsilə istənilən ödənişlərini həyata keçirəcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumatlar, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. 

“Təhsil Kartı” 5 il müddətinə təqdim olunacaq. Azərbaycan Beynəlxalq Bankının “QayğıCash” layihəsi çərçivəsində Bankla tərəfdaş məkanlarda bu kartla aparılan ödənişlər zamanı tələbələr kəşbək qazanacaqlar. Yəni, bu kartla etdikləri ödənişlərin müəyyən faizləri onların kart hesabına geri qayıdacaq. Yaxın gələcəkdə “Təhsil Kartı”nın istifadə dairəsi daha da genişləndiriləcək. Tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq. 

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə Bank arasında “Təhsil Kartı” layihəsi üzrə müqavilə imzalanıb və tələbələrə kartların təqdim edilməsinə başlanılıb.

Azərbaycan Beynəlxalq Bankı bu layihəni “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq üzrə həyata keçirib. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib ki, bu kartlar tələbələrin rahatlığına xidmət edəcək: “Təhsil Kartı” gənc nəsil arasında nağdsız ödəniş ənənələrinin geniş yayılmasına da kömək göstərəcək. Kəşbək proqramlarımız, keçirdiyimiz kampaniyalar tələbə gənclərimizi ödənişlərini nağdsız aparmağa həvəsləndirəcək. Onlarda innovativ bank xidmətlərindən istifadə ilə bağlı faydalı təcrübələr formalaşacaq”.  

MasterCard şirkətinin ölkə üzrə müdiri Erdem Çakar bildirib: “Bu kartlarla hər bir tələbə nağdsız ödəniş vasitəsinə sahib olacaq. Gələcəkdə tələbələr bu kartlarla bir çox əlavə xidmətlərdən də  faydalana biləcəklər. Bu kartlarla kafe, dəftərxana xidmətlərindən istifadə, elektron ticarət, internet üzərindən bir çox ödənişlər aparmaq mümkün olacaq. Tələbə kartları bir tərəfdən gənc nəslin nağdsız ödəniş ənənələrini mənimsəməsinə, başqa tərəfdən universitetlərin birbaşa təhsil funksiyası ilə bağlı olmayan əlavə qayğılarının azalmasına  kömək edəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment