1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“COVID-19” mövzusunda keçirilən “I Respublika Virtual Debat Çempionatı”nın açılış mərasimi baş tutub
14.08.2020

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “I Respublika Virtual Debat Çempionatı"nın açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Ramin Məmmədov, Vüqar İsgəndərov, Müşfiq Cəfərov və Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, təşkilat rəhbərləri, nümayəndələri və 200-dən çox gənc iştirak edib.

Onlayn tədbirdə açılış nitqi ilə çıxış edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova təşkilatın fəaliyyəti, proqramları, layihənin məqsədi və istiqamətləri barədə məlumat verib, layihəyə 11 şəhər, 42 rayonu təmsil edən 450 iştirakçının seçildiyini qeyd edib və bütün qonaqlara, gənclərə iştiraklarına görə təşəkkür edib.

Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək debatın gənclərin inkişafındakı rolunu, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə həyata keçirilən proqram və layihələr barədə danışıb və əməkdaşlığın uğurunu vurğulayıb. 

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışı zamanı debat, natiqlik istiqamətində keçirilən tədbirlərə verilən dəstək, Gənclər Fondu tərəfindən gənclərin inkişafı üçün həyata keçirilən layihələr barədə məlumat verib və bütün layihə iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatları çıxışları zamanı pandemiya dövrünün çağırışlarına uyğun olaraq gənclərin iştirakı ilə keçirilən tədbirlərin önəmi, gənclərin inkişafının təmin olunmasının vacibliyi və təşkilatın fəaliyyətinin gənclərin həyatında oynadığı rolun əhəmiyyətindən  bəhs ediblər.

Xatırladaq ki, layihənin məqsədi debat vasitəsilə “COVID-19” pandemiyası dövrü barədə gənclərin biliklərinin, araşdırma qabiliyyətinin artmasına şərait yaratmaq, natiqlik bacarıqlarını inkişaf etdirmək və birlik, komanda ruhu formalaşdırmaqdan ibarətdir.

500-dən çox gəncin müraciət etdiyi onlayn çempionat çərçivəsində peşəkar təlimçilərin iştirakı ilə debat və natiqlik təlimləri, eyni zamanda ekspertlər ilə mövzu müzakirələri baş tutacaq. Yekunda isə Respublikanın müxtəlif şəhər və rayonlarından olan gənclərdən ibarət komandaların iştirakı ilə debat turniri keçiriləcək.

Layihənin tərəfdaşları isə Milli Debat Proqramı və gənclər üçün müxtəlif faydalı imkanlar, xidmətlər, tədbir və layihələr barədə məlumatları özündə birləşdirən “GencApp” mobil tətbiqidir.

 

     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment