1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib
13.08.2020

Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti (MTU) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri üçün onlayn ixtisasartırma təlimləri təşkil edib.

UNEC ilə Rusiya Ali İqtisadiyyat Məktəbi MTU arasında imzalanan ikili diplom proqramı çərçivəsində təşkil olunan təlimlərdə UNEC-in Rus İqtisad Məktəbinin 20 müəllimi iştirak edib. UNEC tərəfindən maliyyələşdirilən 2 həftəlik təlimlər hər iki ali təhsil müəssisəsi arasındakı ikili diplom proqramının fənlərini tədris edəcək UNEC müəllimləri üçün təşkil olunub.

Rusiya Ali İqtisadiyyat Məktəbinin müəllimlərinin keçdiyi təlimlər “İqtisadiyyata giriş”, “Xətti cəbr və riyazi analiz” fənlərinin müasir tədris metodları, fənlərin tədris proqramında olan növbəti fənlərlə qarşılıqlı əlaqəsi, fənn mövzularının tədris xüsusiyyətləri və digər mövzularda olub.

İki həftəlik kurslar uğurla yekunlaşıb və müəllimlərin qiymətləndirilməsi aparılıb. UNEC-in 20 müəllimi Rusiya Ali İqtisadiyyat Məktəbi MTU-nun xüsusi vəsiqəsini qazanıb. Müəllimlər UNEC ilə Rusiya Ali İqtisadiyyat Məktəbinin ikili diplom proqramının fənlərini tədris etmək imkanı əldə ediblər.

Xatırladaq ki, 12 may 2020-ci il tarixində UNEC-in rektoru, professor Ədalət Muradov və Rusiya Ali İqtisadiyyat Məktəbi MTU-nun rektoru Yaroslav Kuzminov arasında “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Marketinq” və “Menecment” ixtisasları üzrə bakalavr pilləsində ikili diplom proqramı imzalanıb. Proqrama əsasən, tələbələr ikili diplom proqramına I kursun ikinci semestrindən qoşulacaqlar. Proqramı uğurla bitirərək UNEC-dən məzun olan bakalavrlar 4 ilə hər iki universitetin diplomunu əldə edəcəklər. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment