1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Travel Business Azerbaijan Online”-a 500 yerli və xarici iştirakçı qatılacaq
13.08.2020

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə oktyabrın 14-də “Travel Business Azerbaijan Online” tədbiri təşkil olunacaq.

Tədbirdə Avropa və Körfəz ölkələri, Rusiya və MDB ölkələri, Çin və Cənub-Şərqi Asiya, eləcə də Hindistan və Cənubi Asiya ölkələrindən 300-ə qədər xarici iştirakçının qatılacağı gözlənilir. Eyni zamanda tədbirə Azərbaycanın turizm və hotel sənayesini təmsil edəcək 200 nümayəndə dəvət olunacaq.

Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq və qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.

“TBA Online” zamanı yerli və xarici iştirakçılar bir-biri ilə görüşlər təyin etmək imkanı əldə edəcəklər. Bundan əlavə, platformada xüsusi alqoritmlə istifadəçilərin uyğunlaşdırılması sistemi istifadə olunacaq ki, bu da iştirakçıların öz maraq və profilinə uyğun avtomatik yönləndirilməsi ilə nəticələnəcək.

Görüşlərdən əlavə, yerli sərgi iştirakçılarının təqdimatında müxtəlif vebinarlar da təşkil olunacaq.

Platformadan istifadə edərkən iştirakçılar, həmçinin müxtəlif mövzularda maraqlı videolar izləyə, broşuralar, jurnallar yükləyə və xəritə üzrə Azərbaycanın turizm potensalını kəşf edə bilərlər.  

Saat 05:00-dan 21:00-a qədər davam edəcək tədbirdə iştirak üçün qeydiyyata avqustun 17-dən start veriləcək. Tədbirdə iştirak ödənişsizdir.

Qeyd edək ki, onlayn keçiriləcək tədbir aprelin 29-da Bakıda keçirilməsi planlaşdırılan, ancaq pandemiyaya görə təxirə salınan “Travel Businness Azerbaijan 2020” tədbirinə alternativ olaraq təşkil olunur.

“Travel Business Azerbaijan Online” tədbiri pandemiya dövründə Azərbaycanın turizm imkanlarının  onlayn platformalar üzərindən tanıdılması fəaliyyətinin davamı olaraq çıxış edir.

Tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytından əldə etmək mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment