1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank” Sahibkarlığın İnkişafı Fondu ilə birgə pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək olacaq
11.08.2020

2002-ci ildən fəaliyyət göstərən və Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank”, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma imzalayıb.


Razılaşmaya əsasən, müştərilərə 2 məhsul üzrə dəstək göstəriləcək. Yeni məhsullardan  Covid-19 pandemiyası səbəbindən biznesində və biznes kreditlərinin ödənilməsində çətinlik yaşayan sahibkarlar yararlana biləcək. Məhsullardan Bankın həm cari, həm də yeni müştəriləri istifadə edə biləcək.

“AccessBank”ın Mikro və Aqro müştərilərlə iş üzrə Departamentinin rəhbəri Arzu Qurbanova yeni razılaşmanın sahibkarlarlığa çətin anda dəstək olmaqla yanaşı, post-pandemiya dönəmində sahibkarlara bizneslərini davam etdirmələri üçün yeni stimul verəcəyinə əmindir:”Ölkəmizdə mikro və makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı xüsusi proqramlar icra olunur. Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, “AccessBank” sahibkarlıqla bağlı dövlət proqramlarının əsas dəstəkçisi və iştirakçısıdır. Sahibkarlığın İnkişafı Fondu ilə imzalanmış yeni razılaşma əsasında, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən müştərilərimizə, həmçinin Bankın verdiyi kreditlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən yeni müştərilərə yardım etməyə hazırıq.”

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilib. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunub.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment