1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Paytaxtın elit otelləri COVİD-19 xəstələrini müalicə edən həkimlərin xidmətindədir
10.08.2020

Mərkəzi Gömrük Hospitalının bütün kollektivi iyun ayının 11-dən başlayaraq, COVİD-19 xəstələrinin müalicəsinə səfərbər olub. Hospitalın yüksəkixtisaslı, peşəkar həkimləri və tibb işçiləri gücləndirilmiş iş rejimində işləyərək, koronavirus infeksiyasına yoluxmuş xəstələri qəbul edib onların sağalması üçün əllərindən gələni edirlər. Bu gün həkimlərimiz COVİD-19 ilə mübarizənin ön cəbhəsindədirlər. Onlar həyatlarını təhlükə altına alaraq, yoluxmuş insanlarla daim təmasdadırlar. 

Qəhrəman həkimlərimiz doğmalarından uzaq düşərək, evlərinə getmədən, növbə ilə 14 gün koronavirus xəstələrini müalicə edir, iş günü bitdikdə isə onlar üçün ayrılmış otellərdə qalırlar. Bu, onların öz ailə üzvlərini yoluxdurmaması üçün başlıca və vacib şərtdir.

Tibb işçilərinin doğmalarını təhlükəli virusdan qorumaq üçün onların paytaxt otellərində yerləşdirilməsinə qərar verilib. Həkimlər bununla həm də yola qənaət edirlər, belə ki, ağır xəstələri sutkalarla müalicə edən həkimlər üçün bu, çox önəmlidir. 

Paytaxtın rahat otelləri bu günlərdə ağ xalatlı qonaqların sərəncamındadır. Bakının mərkəzində, Mərkəzi Gömrük Hospitalının yaxınlığında yerləşən və gözəlliyi, rahatlığı ilə seçilən dörd ulduzlu “Qafqaz Baku City Hotel” və beş ulduzlu “Qafqaz Point Boutique Hotel” artıq 2 aya yaxındır ki, Hospitalın həkimlərinə təmənnasız olaraq xidmət göstərir. Burada onların rahatlığı və ağır iş günündən sonra istirahət etməsi üçün hər cür şərait yaradılıb. “Qafqaz Baku City Hotel”in və “Qafqaz Point Boutique Hotel”in məsul şəxsləri: Murad Cəfərov və   Muxtar Məmmədov, işçi heyətləri həkimlərə və tibb işçilərinə yüksək keyfiyyətli xidmət göstərirlər. 

Otellərdə qalan tibb personalı üçün qidalanma da daxil olmaqla, bütün zəruri olan şərait var. Bu otellərdə işləyən nəzakətli və gülərüzlü personal həkimlərimizi lazım olan hər bir şeylə maksimum dərəcədə təmin etməyə çalışır. Səhər saat 8.00-da oteldən çıxaraq işə gedənhəkimlərə səhər yeməyini vaxtında çatdırmaq üçün otel işçiləri səhər saat 6.00-dan iş başındadırlar. 

Mərkəzi Gömrük Hospitalının bütün kollektivi bu ağır günlərdə həkimlərimizi və tibb işçilərini təmənnasız olaraq qəbul edən və yüksək xidmət göstərən otel rəhbərlərinə və onların işçilərinə dərin minnətdarlığını bildirir və bu xeyirxah işdə onlara uğurlar diləyir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment