1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir
07.08.2020

Avqustun 5-də Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin onlayn video-konfrans formatında hesabat iclası baş tutmuşdur. İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının 2020-ci ilin birinci yarısı ərzində gördüyü işlərə dair hesabat dinlənilmiş, eyni zamanda sahibkarlarları narahat edən məsələlər müzakirə edilmişdir.  

İclas Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin sədrliyilə keçmişdir. İclası açıq elan edən M.Musayev respublika Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldığını, bu istiqamətdə ölkəmizin qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynadığını qeyd etdi. M.Musayev eyni zamanda pandemiya dövründə hökümət tərəfindən iqtisadi artıma və sahibkarlığa edilən güzəştlərin sahibkarlar tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulamışdır.  

Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova COVİD-19 pandemiyası ilə əlaqədar karantin qaydaları çərçivəsində ASK-nın fəaliyyətinin davam etdiyini bildirmiş və bu ilin birinci yarısında ASK-ya qəbul olunan yeni üzvlər, sahibkarlardan daxil olan müraciət və təkliflərin əsas məzmunu barədə məlumat vermişdir. Konfederasiya prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə pandemiya dövründə sahibkarlarla keçirilən iclaslar, müzakirə olunan əsas mövzular və dövlət qurumları ilə ASK arasında mövcud olan Əməkdaşlıq Şuralarının fəaliyyəti haqqında Rəyasət Heyətinə hesabat vermişdir. 

Sonra sahibkarlar karantin dövründə biznesin genişləndirilməsi istiqamətlərini müzakirə etmişdir. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl Prezident cənab İlham Əliyevin su çatışmazlığının həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiklərini və bu işdə sahibkarların da fəal iştirak etməli olduğunu bildirdi. A.Gözəl həmçinin yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə yerli istehsalın artırılmasının vacibliyini vurğulamışdır. 

ASK-nın vitse-prezidenti Vüqar Abbasov maliyyə əlçatanlığı məsələsini gündəmə gətirmişdir. Yerli istehsala dəstək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi və bu dəyişiklərin çevik olması, dövlət-özəl dialoqunun dərinləşdirilməsi təklif olunmuşdur. 

Rəyasət Heyətinin üzvü Səkinə Babayeva son dövrlərdə təhsil, turizm sektorunda çalışan qadın sahibkarların fəaliyyəti barədə məlumat vermişdir. 

Sahibkarlar ölkə prezidenti cənab İlham Əliyevin siyasətini daim dəstəklədiklərini qeyd edərək, sahibkarlara dövlət yardımlarına görə təşəkkürlərini bildirmişlər. Eyni zamanda biznesin karantin şərtləri üzrə ciddi qaydalar çərçivəsində fəaliyyətini davam etdirməsini xahiş etdilər. 

Video Konfransın sonunda ASK-nın Rəyasət Heyəti toplanan təklifləri İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləcək iclasa təqdim etməyi qərara almışdır. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment